Tullantı sularının təmizlənməsində mühüm yeniliyə imza atılıb

Ekologiya 10:17 22.04.2025

Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atılıb.

İlk dəfə olaraq, Qəbələ Qida Şəhərciyinin ərazisində yerləşən Qəbələ Konserv Zavodu tullantı sularının təmizləmə qurğusunun modernizasiyası zamanı Hərəkətli Yataq Bio-Reaktor (MBBR) Texnologiyasını uğurla tətbiq edib.

“EDnews” xəbər verir ki, bu innovativ həll mövcud təmizləmə sistemlərinin gücünü artıraraq daha səmərəli, ekoloji təmiz və aşağı istismar xərcləri ilə çalışan, az enerji sərf edən, şirkətin dayanıqlılıq hədəflərinə uyğun bir sistem qurmağa imkan yaradır.

Qəbələ Konserv Zavodunun tullantı sularının təmizlənməsi prosesinin modernizasiyası nəticəsində zavodun mövcud su təmizləmə gücü günlük 600 m³-dən 2400 m³-ə yüksəldilib. Bununla da Pepsi, Natura, Jalə, Zolotoy sad, I'm tea, Mia, Chipsim kimi markalar altında müxtəlif sevilən qida məhsullarının istehsal edildiyi Qəbələ Qida Şəhərciyində həm istehsalın dayanıqlılığı, həm də təbiətin qorunması istiqamətində önəmli addım atılıb.

Ərazidə tətbiq edilən MBBR texnologiyası yalnız texnoloji irəliləyiş deyil, eyni zamanda ekoloji dayanıqlıq və davamlı inkişaf baxımından əhəmiyyətli bir addımdır. Sistemin yüksək təmizləmə qabiliyyəti su ehtiyatlarının qorunmasına, təkrar istifadəyə və çaylara axıdılan çirkləndirici maddələrin azalmasını təmin edir. Bu isə ətraf mühitin mühafizəsi və sağlam ekosistemlərin qorunması baxımından mühüm rol oynayır. Eyni zamanda, təmiz su və sağlam ekosistemlər bölgədə yaşayan yerli əhali üçün daha sağlam həyat şəraiti yaradır, su ilə bağlı xəstəliklərin və ətraf mühitə bağlı risklərin azalmasına səbəb olur. Ekoloji baxımdan təmiz və davamlı fəaliyyət, həmçinin bölgədə kənd təsərrüfatının və turizmin inkişafı üçün də əlverişli zəmin formalaşdırır. Azərbaycanda tullantı sularının daha səmərəli idarə olunması və ekoloji dayanıqlığın artırılması istiqamətində atılan bu addım, ölkənin sənaye və ekoloji siyasəti ilə yanaşı yerli əhalinin rifahı üçün də böyük əhəmiyyət daşıyır.

MBBR texnologiyasının uğurlu tətbiqlərinə dünya üzrə Böyük Britaniya, Almaniya, İsveçrə daxil olmaqla bir çox iri müəssisə və şəhər su təmizləmə qurğularında rast gəlinir.

"Novex Group" MMC-nin tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodu müasir texnologiyalara əsaslanan istehsal prosesi və yüksək keyfiyyətli məhsulları ilə seçilir. Zavodda istehsal olunan meyvə şirələri, nektarlar, meyvə konsentratları, qazlı və qazsız sərinləşdirici içkilər həm yerli, həm də beynəlxalq bazarlarda geniş tələbat qazanaraq, Azərbaycan qida sənayesində mühüm yer tutur.

Fatimə Mərdanlı//EDnews

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Hamısı