Bu gün Koreya Respublikasında BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən təşkil olunmuş Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü tədbiri keçirilir.
EDnews xəbər verir ki, bu mötəbər beynəlxalq tədbir çərçivəsində estafet təntənəli şəkildə Azərbaycana ötürüləcək. Beləliklə, Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə ev sahibliyi edəcək.
Qeyd edək ki, 5 iyun — Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü — 1973-cü ildən etibarən hər il BMT-nin Ətraf Mühit Proqramının rəhbərliyi ilə keçirilir. Bu günün tədbirləri planetimizin qorunmasına həsr olunmuş ən böyük beynəlxalq platforma sayılır və milyonlarla insanın iştirak etdiyi qlobal ekoloji təşəbbüsləri birləşdirir.
Fatimə Şükürova // EDnews