İqlim dəyişikliyi ilə mübarizə siyasi baxımdan ziddiyyətli mövzu olaraq qalır və bu sahədə maliyyə məsələlərinin gündəmə gətirilməsi mövcud ziddiyyətləri daha da dərinləşdirir.
“EDnews” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.
Onun sözlərinə görə, COP prosesi Azərbaycan üçün həm ev sahibi ölkə kimi, həm də ümumi nəticələr baxımından ciddi təcrübə qazandırıb:
“İqlim dəyişikliyi ilə mübarizə siyasi baxımdan kifayət qədər həssas və ziddiyyətli məsələdir. Maliyyə mexanizmləri bu ziddiyyətləri daha da artırır. Lakin bu ziddiyyətlərin aradan qaldırılmasında orta xətti tapmaq məsələsində hər zaman elm mühüm rol oynayır. Elmə istinad etdikdə statistik göstəricilər və digər obyektiv məlumatlar əsasında ortaq mövqelər formalaşdırmaq mümkündür. Bu isə danışıqlar prosesində bizim üçün böyük üstünlük yaradıb”.
Şəms Qasımlı//EDnews