İlk dəfə UNEC-də İnklüziv təhsildə ikili diplom proqramı

İqtisadiyyat 15:33 03.10.2017
UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması imzalanıb.
 
Universitetdən verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq UNEC-də həyata keçirilən razılaşmaya əsasən, hər iki universitetin tələbələri UNEC və MDHİU-nun diplomunu əldə etmək imkanı qazanacaqlar. Müqavilənin əsas üstünlüyü UNEC-də təhsil alan fiziki məhdudiyyətli tələbələrin bu proqramda iştirak edə bilməsidir. Onlar təhsillərini MDHİU-da davam etdirərək 4 il ərzində hər iki universitetin diplomunu qazana biləcəklər.
 
UNEC-də təşkil olunan imzalanma mərasimində Rusiya Dövlət Dumasının deputatı, Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü Oleq Smolin və MDHİU rektoru, professor Vaqif Bayramov iştirak edib.
 
İnklüziv təhsilin Azərbaycan təhsilinin prioritet məsələlərindən olduğunu və fiziki məhdudiyyətli insanların daima dövlətin qayğı və diqqəti ilə əhatə olunduğunu bildirən rektor, professor Ədalət Muradov UNEC-də də bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyi diqqətə çatdırıb. O, fiziki məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyası üçün UNEC-də inklüziv təhsil mühitinin yaradıldığını vurğulayıb. Bildirib ki, bu mühit təhsilin hamı üçün əlçatan olmasını təmin etməklə yanaşı, sosial bərabərliyin qorunmasına, fiziki məhdudiyyətli gənclərin öz potensiallarını nümayiş etdirə bilməsi və təhsil ehtiyaclarının ödənilməsinə şərait yaradır.
 
MDHİU-nun rektoru, professor Vaqif Bayramov rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, bu ali təhsil müəssisəsi MDB məkanında fiziki imkanları məhdud olan insanların təhsil aldıqları yeganə universitetdir. Burada onların rahat hərəkət etmələri və təhsil almaları üçün inklüziv mühit yaradılıb və bu, universitetin əsas vəzifələrindəndir. V.Bayramov UNEC-lə bu istiqamətdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Böyük məmnuniyyətlə UNEC-dəki həmkarlarım, eyni zamanda həmvətənlərimlə öz təcrübəmizi bölüşməyə və onlara bu sahədə dəstək olmağa hazırıq. Əminəm ki, əməkdaşlığımız hər iki universitetə öz töhfələrini verəcək”.
 
Burada olmaqdan məmnunluğunu bildirən Rusiya Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini Oleq Smolin UNEC-in beynəlxalq reytinqlərdə yer almasını yüksək qiymətləndirib. Təhsil sahəsində aparılan əməkdaşlıqları müsbət qiymətləndirən deputat təcrübə və fikir mübadilələrinin yeni ideyaların yaranmasına təkan verdiyini deyib. Bu baxımdan UNEC-lə əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını qeyd edib. Ali təhsilin əhəmiyyətindən danışan O.Smolin bunun fiziki imkanları məhdud olan insanlar üçün daha önəmli olduğunu xüsusi vurğulayıb. Fiziki məhdudiyyətli insanlar arasında dünyanın tanınmış yazıçı, bəstəkar və siyasətçiləri olduğunu bildirib.
 
Görüşdə “Hamımız bərabərik” şüarı altında sosial tədbirlərin keçirilməsi təklif olunub. Əməkdaşlıq çərçivəsində müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi və UNEC-in rus dilində ən müasir dərsliklərlə təmin olunmasının əhəmiyyəti vurğulanıb. Tərəflər UNEC-in Rus İqtisad Məktəbi məzunlarının dövlət sifarişi əsasında Rusiyanın aparıcı universitetlərində magistratura təhsili ala bilməsini müzakirə ediblər. Qonaqlar Rus İqtisad Məktəbinin ən yüksək nəticə göstərən tələbələri üçün Rusiya Federasiyasının adlı təqaüdlərinin təsis olunması barədə fikir mübadiləsi aparıblar.
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Hamısı