OPEC+ ölkələri 2018-ci ildən sonra da neft bazarını tənzimləməkdə davam edəcəklər.
Bunu BP şikətinin prezidenti Robert Dadli Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda deyib:
“Onların (OPEC+) əməkdaşlığı bazar üçün əlverişlidir”.
Onun fikrincə, bu il neftin qiyməti 70 dollardan çox olmayacaq:
“Çünki bunun üçün fundamental amillər yoxdur”.
O, bu göstəricinin 55-60 dollar/barelə düşəcəyini proqnozlaşdırıb.