Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 28 milyon 994,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 22 milyard 246,7 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 13 milyard 833,8 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
Eurasia Diary Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata istinadən xəbər verir kii, 9 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26 milyard manat olmaqla əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 0,2 faiz artıb.
Ölkədə neft istehsalı 0,7 faiz, qaz hasilatı isə 2,4 faiz çoxalıb.