Gömrükdə elektron xidmət - YENİLİK | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə axşamı


Gömrükdə elektron xidmət - YENİLİK

İqtisadiyyat A- A A+

Azərbaycanda nəqliyyat vasitələri ilə ölkə sərhədindən çıxan zaman iş adamları və fiziki şəxslər üçün sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin tətbiqinə başlanılıb.

Eurasia Diary-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, növbəti ildə bu sistem TIR, avtobus və digər nəqliyyat vasitələrində də tətbiq olunacaq.

Komitə sədri həmçinin "Yaşıl dəhliz" sisteminin tətbiqinə toxunaraq qeyd edib ki, bu sistemin bu ilin fevralından tətbiqinə baxmayaraq, ümumi ticarət dövriyyəsi 6,4 mlrd. ABŞ dollarını ötüb: "Hesab edirəm, gələn il bu rəqəm daha da artacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...