Böyük Çin səddi bağlanacaq | Eurasia Diary - ednews.net

26 Fevral, Çərşənbə


Böyük Çin səddi bağlanacaq

İqtisadiyyat A- A A+

Böyük Çin səddinin Pekin yaxınlığındakı bəzi əraziləri yanvarın 25-dən etibarən turistlərin üzünə bağlı olacaq.

Eurasia Diary  reuters-ə istinadən məlumatına görə, bu addım ölkədəki koronavirusunun yayılmasının qarşısını almaq məqsədi ilə atılıb.

Qeyd edilir ki, səddin Badalin adlı rekonstruksiya edilmiş ərazisi bağlı olacaq. Ora görməli yerin turistlər tərəfindən ən çox ziyarət olunan hissəsidir.

Ötən ilin dekabrından Çinin Uxan şəhərində meydana çıxan koronavirus sürətlə digər ölkələrə də yayılmaqda davam edir. Artıq ABŞ, Rusiya, Sinqapur, Vyetnam, Səudiyyə Ərəbistanı, İtaliyada və Fransada virusa yoluxma halı qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...