Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazisində - FOTOLAR | Eurasia Diary - ednews.net

5 Aprel,


Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazisində - FOTOLAR

İqtisadiyyat A- A A+
Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işlərinin aparılmasına başlanılıb.
 
Eurasia Diary-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumat mərkəzindən verilən məlumat görə, Hazırda ekspedisiya üzvləri tərəfindən qarölçmə işləri Balakən-Zaqatala, Qax-Şəki, Oğuz-Qəbələ, Quba-Qusar, Daşkəsən-Gədəbəy-Göygöl istiqamətlərində 23 marşrut üzrə 4 qrup tərəfindən həyata keçirilir, qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu təyin olunur.
 
Qeyd edək ki, qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth, həm də yeraltı qida mənbələrini formalaşdırır. Buna görə respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir. Bu növ proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılması məqsədilə digər çaylar üçün də tərtib edilir.
 
Türkay Həsənov
1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...