Brent markalı neftin may ayı üçün satışları 6,4% ucuzlaşaraq 31,8 dollara düşüb.
EDNews xarici KİV-ə istinadən xəbər verir ki, WTI markalı neft analoji dövrdə 4,2% ucuzlaşaraq 30,8 dollar olub.
Ötən həftə dünya bazarlarında neft 8% ucuzlaşmışdı. Bu Səudiyyə Krallığının neft qiymətlərini güzəştli şərtlərlə ucuzlaşdırmasından sonra baş verib.
ABŞ-ın “Goldman Sachs” analitikləri isə apreldə beynəlxalq bazarlarda 6 milyon barel neftin artıq olacağını proqnozlaşdırırlar. Onlar neftin 30 dollar diopazonunda qalmaması üçün əsaslı səbəblər görmürlər.