Azərbaycan ən çox hansı dövlətə neft satır? - Rəsmi Statistika | Eurasia Diary - ednews.net

30 Oktyabr, Cümə


Azərbaycan ən çox hansı dövlətə neft satır? - Rəsmi Statistika

İqtisadiyyat A- A A+

Bu ilin yanvar-may aylarında Azərbaycan 13 773 410,51 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Bu barədə EDNews.net APA-Economics-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, dəyər ifadəsində neftin ixracı 5,07 mlrd. ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycan xam neftinin əsas ixracatçısı İtaliyaya olub. Azərbaycan İtaliyaya 2,4 mlrd. dollar dəyərində 5 791 860,32 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

MDB ölkələri arasında Azərbaycan xam neftinin ixracında əsas pay sahibi Ukrayna olub. Bu ilin beş ayı ərzində Ukrayna Azərbaycandan 185,1 mln. dollar dəyərində 681 097,46 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib.

Bu ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları:

#

Ölkə

Həcm, ton

Məbləğ, mln. dollar

1

İtaliya

5 791 860,3

2 410,2

2

Çin

1 003 130,1

165,2

3

Hindistan

773 700,1

282,9

4

İsrail

719 250,7

309,9

5

Ukrayna

681 097,5

185,1

6

Xorvatiya

679 964,5

209,7

7

Yunanıstan

609 361,3

233,2

8

Çexiya

391 062,2

157,8

9

Vyetnam

379 950,6

113,1

10

Portuqaliya

343 829,9

130,7

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...