Naxçıvanda 81 istehsal və xidmət sahəsi istifadəyə verilib

İqtisadiyyat 11:49 29.07.2020

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2020-ci ilin birinci yarım ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.

EDNews.net Azvision.az-a istinadən xəbər verir ki, iclasda məruzə edən nazir Tapdıq Əliyev altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Ali Məclisin Sədri tərəfindən İqtisadiyyat Nazirliyinin qarşısına qoyulan mühüm vəzifələrdən danışıb. Qeyd olunub ki, 2020-ci il muxtar respublikamızda “İxrac ili” elan olunub. Bu isə ixracın potensialının artırılması və sahibkarlığa dövlət dəstəyi göstərilməsini aktuallaşdırır.

Nazir bildirib ki, muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ilin 6 ayında da uğurla davam etdirilib. Bu dövrdə ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 310 milyon 168 min 700 manat olub. Bu da 1 il öncəki göstəricidən 1,1 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutub.

Qaynaq çubuğu, su əsaslı boya, plastik səbət, mineral sular, soyuducu anbar, istixana, heyvandarlıq təsərrüfatlarını əhatə edən 12-si özəl investisiya olmaqla 81 istehsal və xidmət sahəsi istifadəyə verilib. Yeni yaradılan sahələrdə 352 iş yeri açılıb. Ötən dövr ərzində fəaliyyəti genişləndirilən “Gəmiqaya Plasmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan Avtomobil Zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti və yenidən qurulan “Badamlı” Mineral Sular Zavodu yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığının əyani ifadəsidir.

Vurğulanıb ki, 2020-ci ilin ötən dövründə 26 ailə təsərrüfatına 231 min 600 manat dövlət dəstəyi göstərilib. Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2020-ci ilin ilk yarım ilində muxtar respublikadan 40 milyon 629 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub. Ənənəvi ixrac bazarları ilə yanaşı muxtar respublikada fəaliyyət göstərən şirkətlər tərəfindən Oman Sultanlığı, Belçika Krallığı kimi ölkələrə vafli və tütün məmulatları ixrac edilib.

Sonra məruzə ətrafında nazirliyin əməkdaşlarının çıxışları dinlənilib. Kollegiya iclasına muxtar respublika sahibkarları da onlayn olaraq qoşulub. İclasın sonunda qərar layihəsi oxunub və Tədbirlər Planı təsdiq edilib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı