Danimarka neft və qaz istehsalından imtina etməyə qərar verdi | Eurasia Diary - ednews.net

24 Yanvar,


Danimarka neft və qaz istehsalından imtina etməyə qərar verdi

İqtisadiyyat A- A A+

Danimarka hökuməti və ölkə parlamenti 2050-ci ilədək Şimal dənizində neft-qaz hasilatının və kəşfiyyatının tamamilə dayandırılması barədə razılığa gəlib.

Eurasia Diary Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, bu cür fəaliyyətlərin lisenziyalaşdırılması üçün edilən bütün tenderlər hazırda ləğv edilir; Parlament lisenziya verilməsi barədə səkkizinci raundu və bundan sonrakı tenderləri ləğv etmə barədə qərarı təsdiqləyib.

Qeyd edək ki, Danimarka hökuməti 2050-ci ildə “iqlim bitərəfi” ölkəsinə çevrilmək üçün ötən il “2030-cu ilə qədər çirkləndirici tullantıları 70 faiz azaltmaq” barədə iddialı layihə qəbul edib.

Hazırda bu ölkə Avropa İttifaqında ən böyük neft və qaz istehsalçısıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...