Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb | Eurasia Diary - ednews.net

8 May, Şənbə


Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb

İqtisadiyyat A- A A+

Azərbaycan Belarusdan 550 traktor alacaq, bununla bağlı müqavilə imzalanıb.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bunu Belarusun sənaye naziri Pyotr Paxomçik deyib.

Nazir bildirib ki, Minsk avtomobil zavodunun istehsalı 6 nəqliyyat vasitəsinin tədarükü məsələsi artıq müzakirə olunub:

"Bundan başqa, Azərbaycan tərəfi təkcə traktorların satın alınmasında deyil, həm də ölkədə istehsalın təşkil olunmasında maraqlıdır. "

Onun sözlərinə görə, Bakı traktorların alınması üçün Minsklə 9 milyon dollar məbləğində müqavilə imzalayıb:

"Hazırda "Belkommunmaş" müəssisəsinin istehsalı olan 4 elektrobusun sınaqları davam edir. Bu sınaqların nəticələri əsasında həmin nəqliyyat vasitələrinin istehsalını təşkil edəcəyik. Biz Azərbaycanı təmin etməklə yanaşı, İran və Türkiyə bazarlarına çıxış əldə etməyi planlaşdırırıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...