Sahibkarlara pandemiya dövründəki dövlət dəstəyi alqışlanacaq addımlardır Ekspert

İqtisadiyyat 17:01 16.09.2021

Azərbaycanın iqtisadi inkişafında regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı prioritet hədəf olaraq qalır. Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən yerlərdə regional layihələrin həyata keçirilməsinə mane olan məqamlardan danışdı. Sözügedən rayonlarda Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində görülən işlərə, eləcə də yeni təyinatlardan gözləntilərə toxundu.

“İndi bizim bir çox rayonlarımız artıq mərkəzdən dotasiya almır. Ancaq 10 il bundan əvvəl demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır. Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun.

Əlbəttə, biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq. Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları - təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir - digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi. Biz bu gün aparılan islahatlar nəticəsində əldə edilmiş əlavə mənfəəti, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldirik. İndi ilin doqquzuncu ayıdır. Ancaq şəffaflıq nəticəsində, islahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb və biz bunun böyük hissəsini yenə də insanların sosial müdafiəsinə yönəldirik”.

İqtisadçı ekspert Elçin Süleymanov EDNews.net-ə açıqlamasında Azərbaycan hökumətinin azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində fəaliyyətini dəyərləndirib.

“Sərbəst bazar iqtisadiyyatı sisteminin əsas atributlarından biri iqtisadiyyatda liberal tənzimlənmə siyasətidir. Dövlət sahibkarlıq subyektlərinə hər cür dəstəyi verməli və qarşılığında da bu subyektlər həm məşğulluğa, həm də ödədikləri vergilərdən dolayı büdcəyə qatqı verirlər. Dünyanın inkişaf etmiş ölkələrində demək olar ki, özəl sahibkarlıq iqtisadiyyatın əsas təkanverici qüvvəsidir. Ona görə hökumətlər hər zaman sahibkarlığın inkişafına dəstək verməli, onları haqsız rəqabətdən və süni müdaxillərdən qorumalıdır. Sahibkarlar da şəffaf işləməli və vergi-gömrük öhdəliklərini tam yerinə yetirməlidir. Cənab Prezidentimizin son illərdə sahibkarlığın inkişafına verdiyi dəstək təqdirəlayiqdir. Sahibkarlara vergi güzəştlərinin tətbiqi, eyni zamanda haqsız yoxlamaların aradan qaldırılması buna bariz misaldır. Sahibkarlara subsidiya və güzəştli kreditlərin verilməsi pandemiya dövründəki dövlət dəstəyi alqışlanacaq addımlardır. Eyni zamanda, ixracata dəstəyin verilməsi bir başqa təşviq mexanizmidir. Son illərdə sahibkarlığa bir başqa dəstək elektron xidmətlərin genişlənməsi və bir çox qurumda elektron xidmət modelinə keçilməsidir. ASAN və DOST mərkəzlərinin fəaliyyət sahəsinin genişlənməsi bu dəstəyin başqa istiqamətidir. Qəbul edilən dörd Regionların İnkişafı Dövlət Proqramları da regionların inkişafına və qeyri-neft sektorunun ÜDM-də payının artmasında rolu böyükdür”, -deyə iqtisadçı Elçin Süleymanov bildirib.

Ekspert əlavə edib ki, sahibkarlığın inkişafının əsas yollarından biri də onların fəaliyyətinə dövlət dəstəyi ilə yanaşı, fəaliyyətlərinə mane olan neqativ halların aradan qaldırılması və müəyyən logistik və infrastruktur dəstəyinin verilməsidir.

Qeyd edilməlidir ki, Azərbaycanda regionlarının davamlı sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir. Ölkə iqtisadiyyatının neft sektorunun gəlirlərindən asılılığının aradan qaldırılması istiqamətində atılan konkret addımlar gözəçarpan nəticələr verir. Qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması nəticəsində əhalinin məşğulluğu artaraq yoxsulluq səviyyəsi aşağı düşüb. Ölkə regionlarının, həmçinin kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanıb. İndiyədək qəbul edilmiş Dövlət Proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində sahibkarlığın inkişaf etdirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Görülən işlərin nəticəsində artıq 2018-ci ildə özəl sektorun payı ümumi daxili məhsulda 80 faizdən, məşğulluqda 75 faizdən çox olub, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı 950 mini keçib. Qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 66,6 faizi regionların payına düşüb. Və Dünya Bankının “Doing Business 2019” hesabatına görə, Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi baxımından sənaye məhəllələrinin yaradılması da xüsusi önəm kəsb edir. Bunlara Azərbaycanda ilk sənaye məhəlləsi olan 2017-ci ildə istifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsini, Masallı, Hacıqabul, Sabirabad Sənaye Məhəllələrini nümunə kimi göstərmək olar. Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı və illik istehsal gücü 10 min ədəd avtomobil olan “Khazar” Avtomobil Zavodunda istehsal olunan avtomobillərin bir hissəsi MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixrac ediləcək. Prezidentin 2016-cı il tarixli sərəncamı ilə “Azərxalça” ASC yaradılıb və respublikanın 20 rayonunda “Azərxalça” ASC-nin xalça istehsalı fabrikləri istifadəyə verilib.

Ötən müddət ərzində sahibkarlığın inkişafı sahəsində sistemli dövlət dəstəyi sayəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqrolizinq” ASC, AZPROMO və digər institutlar əhəmiyyətli rol oynayıb. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” yaradılıb. Eyni zamanda güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Regionlarda sahibkarlıq fəaliyyətinə yeni başlayanların dəstəklənməsi üçün biznes inkubatorlar yaradılıb. Burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznesin sirləri öyrədilir. İxracın stimullaşdırılması üçün 24 ixrac missiyası təşkil olunub, beynəlxalq sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendləri ilə Azərbaycan ixracatçılarının iştirakı təmin olunub, xarici ölkələrdə ticarət evlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görülüb. Lisenziyalaşdırılan fəaliyyət növlərinin və icazələrin sayı azaldılıb, müddətli lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib və prosedurlar sadələşdirilib. “Lisenziyalar və icazələr” portalı yaradılıb ki, bu da sahibkar məmnunluğunun təmin edilməsi istiqamətində əhəmiyyətli tədbirlərdən biri olub. Sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi məqsədilə bir sıra assosiasiyalar yaradılıb.

Azad sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması ölkə iqtisadiyyatının inkişaf dinamikasında xüsusi çəkiyə malikdir. Həmçinin, torpaqlarımızın erməni işğalından azad  olunmasından sonra Prezidentin sərəncamı ilə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının yaradılması da yaxın perspektivdə sahibkarlıq mühitinin yaxşılaşdırılması baxımından əlverişli şərait yaradacaq.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

 

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO

Xəbər xətti

İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Hamısı