BP payının 25%-ni “Lukoil”a satır

İqtisadiyyat 13:21 29.09.2021

BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni Rusiyanın “Lukoil”şirkətinə satmağı razılaşdırıb.

BP-dən EDNews.net-ə verilən məlumata görə, alqı-satqı əməliyyatı tamamlandıqdan sonra bp-nin AYDH layihəsində 25% iştirak payı olacaq. bp həmçinin geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalacaq. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, BP – 25% və “Lukoil”– 25%.

Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il 1 iyul tarixindən qüvvəyə minməklə bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Biz “Lukoil” şirkətinin AYDH layihəsi tərəfdaşlığına qoşulmasından çox məmnunuq. Bu, bizim Şahdəniz layihəsindəki uğurlu əməkdaşlığımızın davamı olacaq. Əgər uğurlu olarsa, həm Azərbaycana, həm də bizim tərəfdaşlığımıza dəyərlər gətirəcək bu layihənin geoloji-kəşfiyyat proqramını LUKOYL və SOCAR-la yaxından işləyərək həyata keçirəcəyik.”

Vahid Ələkbərov, “Lukoil” şirkətinin prezidenti: “”Lukoil”-un bp və SOCAR-ın layihəsinə qoşulması Rusiya və Azərbaycanın enerji sahəsində beynəlxalq əməklaşlığın inkişafı ilə bağlı milli maraqlarına uyğundur. İnanıram ki, tərəfdaşların topladığı bütün elmi və texniki ehtiyatlar Abşeron yarımadasının dayaz sularındakı bu perspektiv sahənin işlənməsinə təkan verəcək”.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AYDH dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS bp və SOCAR arasında 2014-cü ilin dekabr ayında Bakıda imzalanıb və 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub. AYDH dəniz blokunun Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına 16 avqust tarixində başlanıb və qazma işlərinin 2021-ci ilin 4-cü rübündə tamamlanacağı gözlənilir. Quyunun ümumi dərinliyinin 2424 metrə çatacağı planlaşdırılır. Bundan sonra quyudan əldə edilmiş məlumat analiz ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

AYDH kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 2000-5000 metr arasındadır.

Müqavilə sahəsində 2016-cı ildə 3D (üçölçülü) seysmik tədqiqat proqramı həyata keçirilib.

Kontrakt sahəsindən əldə edilmiş üçölçülü məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə bp tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib. Bu sahələrin hər birində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

AYDH sahəsindəki ilk quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb və sənədin müzakirəsi bitdikdən sonra 2021-ci ilin yanvar ayında hökumət tərəfindən təsdiqlənib. Bununla da 2021-ci ildə qazma işlərinə başlanmasına icazə verilib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
Hamısı