Kriptovalyuta bazarında bu gün ucuzlaşma müşahidə olunur.
Ednews xəbər verir ki, kriptovalyutalar ümumilikdə 3.9% dəyər itirərək 1 trilyon 780 milyard ABŞ dollara geriləyib.
Bitcoində olan azalma isə bu göstəricidən də yüksək olub.
Belə ki, Bitcoinin qiyməti 4.1% azalaraq 36945 ABŞ dollarına qədər düşüb.
Xatırladaq ki, bir neçə gündür Bitcoinin dəyəri 38000 dollardan yüksək olub.
Aysel Bədəlova