ÜDM 7,2% artdı - Mikayıl Cabbarov - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

ÜDM 7,2% artdı - Mikayıl Cabbarov

İqtisadiyyat A- A A+
Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq bu ilin yanvar-aprel aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən, 7,2% artaraq 39 mlrd. 554,8 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 11,4% artaraq, 19 mlrd. 469,1 mln. manat olub.
 
Ednews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“də paylaşım edib.
 
“Belə ki, 2021-ci ilin ilk 4 ayı ərzində ÜDM əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,2% az idi. Qeyri-neft-qaz sektoru üzrə ÜDM isə ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-aprel aylarına nisbətən cəmi 4,1% artıb”, - paylaşımda qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...