Azərbaycanda kredit faizlərinin yüksək olmasının BAŞLICA SƏBƏBLƏRİ ŞƏRH

İqtisadiyyat 16:45 09.07.2022
Azərbaycanda banklarda kredit faizlərinin yüksək olması uzun illərdir ki, böyük müzakirələrə səbəb olur. 
 
Kredit şərtlərinin ağır olmasından gileylənən vətəndaşların bir qismi iddia edir ki, banklar krediti Avropadan 2-3 %-lə alıb öz vətəndaşlarımıza bunu 22%-lə verir. Lizinq krediti verən bəzi bankların şərtlərinin isə daha ağır olduğu da iddia olunur. 
 
Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Ednews-a bildirib ki, bizim banklar Avropadan indi 2-3 %-lə kredit ala bilmir. 
 
 
“2015-ci ilə qədər 5-6%-lə alırdılar, indi bu da yoxdur. Həm də bu kreditlər avro və dollarla alınır. Məzənnə isə günü-gündən dəyişdiyi üçün bu bəzən böyük risk yaradır. 2015-ci il devalvasiyasında belə bir risk yaşanıb. Banklar maliyyə vasitəçisidir. Bir qrup şəxsdən kredit, əmanət, bank hesablarını toplayır, üzərinə faiz qoyub başqalarına kredit verirlər və aradakı fərq onların həm qazancı, həm də xərclərini bağlayır. Bizim bankların əsas maliyyələşdirmə mənbəyi ya vətəndaşların əmanətidir, ya da Mərkəzi Bankdan götürdükləri kreditdir”.
 
Ekspert qeyd edib ki, bankların ucuz kredit verə bilməməsinin birinci səbəbi əmanət faizlərinin yüksək olmasıdır.
 
“Bu gün Azərbaycanda qorunan əmanət üzrə faiz dərəcəsi 12%-dir. Bu faizlə əmanət götürən bank onu ən azı 15%-lə verəcək. Bizdə faizlər yüksəkdir deyiləndə kredit üzrə faizləri nəzərdə tutulur, əmanət üzrə faizləri isə diqqətdən qaçır. Hansı Avropa ölkəsində 12%-lə əmanət var? Orada əmanət faizi maksimum 1-2%-dir.
 
İkinci amil odur ki, Mərkəzi Bankın bu gün uçot dərəcəsi 7,75 faizdir. Bu isə o qədər də aşağı faiz deyil, amma bank əmanəti faizlərindən aşağıdır. Mərkəzi Bank bir neçə bank istisna olmaqla digərlərinə o faiz dərəcəsi ilə kredit vermir. Bütün banklar Mərkəzi Bankdan bərabərhüquqlu, sağlam rəqabət şəraitində kredit ala bilsəydi, banklarımızda faizlər düşərdi. Bu baxımdan da Mərkəzi Bankın hər ay elan etdiyi uçot dərəcəsi də heç nəyə təsir etmir. Avropa və Amerikada Mərkəzi Banklar faizi endirəndə və qaldıranda o faiz dərəcəsi ilə onlar bütün banklara kredit verirlər. Bizdə isə bu sahədə sağlam rəqabət yoxdur. Mərkəzi Bankdan ancaq bir neçə bank kredit götürə bilir. Onlar da öz faizlərini endirmirlər, çünki bilirlər ki, o biri bankların belə ucuz vəsaiti yoxdur.
 
Üçüncü ən böyük problem də odur ki, Azərbaycanda qanunun aliliyi prinsipi pozulur, məhkəmə-hüquq sisteminin vəziyyəti bərbaddır. Banklar bilir ki, sabah verdiyi kreditlər üzrə problem yarana bilər. Onların rəsmi və qeyri-rəsmi xərcləri çoxdur və bunları nəzərə alıb faizi çox edirlər ki, həmin riskləri örtsün. Azərbaycanda kredit riskləri ona görə yüksəkdir ki, qanunçuluq çox zəifdir”. 
 
Əkrəm Həsənov bildirib ki, bunun üçün bank əmanətləri üzrə faiz dərəcəsi 12% endirilməli və Mərkəzi Bankı qanunla məcbur etmək lazımdır ki, kredit hərracları keçirsin və uçot dərəcəsi ilə bütün banklara bərabərhüquqlu kredit versin. Bu zaman onlar banklar da ucuz kredit verə bilər.
 
Gülnar Səlimova
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Hamısı