Avqustun 4-də sığorta sahəsində attestasiya keçiriləcək.
Ednews xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatına görə, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 5 namizəd Mərkəzi Bankda (Bakı şəhəri, Bülbül prospekti 27) keçiriləcək attestasiyaya dəvət olunurlar.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.