“Şimal axını 2” boru kəmərində qaz sızması dayandırılıb - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

“Şimal axını 2” boru kəmərində qaz sızması dayandırılıb

İqtisadiyyat A- A A+

“Şimal axını 2” boru kəmərində qaz sızması kəsilib.

Ednews xəbər verir ki, bu barədə Danimarka Enerji Agentliyi "Twitter" hesabında məlumat verib.

Açıqlamada bildirilib ki, “Şimal axını 2” boru kəmərini işlədən şirkətə Rusiyadan Almaniyaya uzanan boru kəmərində təzyiqin stabilləşdiyi barədə məlumat verilib.

Bildirilib ki, bu, kəmərdə sızmanın dayandığını göstərir.

Xatırladaq ki, Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma olduğu bildirilib və gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilib.

Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədli şəkildə törədildiyini açıqlayıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...