"İnnovasiyaların inkişafı üçün genişzolaqlı internet xidmətləri olmalıdır. Biz 500 mindən çox abonenti yüksəksürətli internetlə təmin etmişik".
Ednews xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən II İllik İnnovasiyalar Sammitində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
"Bu, 5 il əvvəllə müqayisədə 5 dəfə çoxdur. 2024-cü ilin sonuna qədər Azərbaycanın tamamilə genişzolaqlı internetlə təmin edilməsi qarşıya məqsəd qoyulub" - deyə nazir qeyd edib.