Umud Mirzəyev Strateji Əməkdaşlıq Sazişindən danışdı: “Bu təkcə Azərbaycanın qazancı olmayacaq”

İqtisadiyyat 13:22 10.03.2023

Xəbər verdiyimiz kimi, 2017-ci ildən etibarən Azərbaycanla Avropa İttifaqı arasında Strateji Əməkdaşlıq Sazişinin imzalanması istiqamətində aktiv işlər gedir. Artıq bu istiqamətdə ciddi irəliləyişə də nail olunub. 

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviyalı həmkarı Egils Levits ilə görüşdən sonra mətbuata verdiyi bəyanatda sazişlə bağlı irəliləyişlərin olduğunu qeyd edib:

“Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının doqquz üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addımı atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Ednews-a sözügedən müqavilənin imzalanmasının Azərbaycan iqtisadiyyatı üçün yaradacaq imkanlardan danışıb. O, qeyd edib ki, Strateji Əməkdaşlıq Sazişinin imzalanması haqda müzakirələr uzun müddət idi aparılırdı. 

“Bağlanan saziş tərəflərin maraqlarına xidmət edəcəyini düşünürəm. Bu saziş həm Azərbaycan üçün, həm də Avropa üçün faydalı olacaq. Əməkdaşlıq olan yerdə qarşılıqlı əlaqələrdən, münasibətlərdən danışmaq mümkündür. Müqavilənin şərtləri hər iki tərəf arasında əlaqələri möhkəmləndirəcək, yeni imkanların açılmağına yardımcı olacaq. Bu müqavilə ticarət, mədəniyyət və digər müxtəlif sahələrin inkişaf etdirilməsi üçün əlavə imkanların açılmağıdır. Strateji Əməkdaşlıq Sazişinin ölkəmizin iqtisadiyyatına ciddi töhfələr verə biləcəyinə güman edirəm. Bundan başqa Əməkdaşlıq Sazişinin Azərbaycanın idxal və ixrac imkanlarının genişlənməsi, turizm potensialının artması da daxil olmaqla iqtisadiyyatın bütün istiqamətləri üzrə müsbət təsirləri ola bilər”.

U.Mirzəyev söhbət əsnasında onu da əlavə etdi ki, sazişin bütün detalları tam olaraq açıqlanmayıb. Ona görə də rahatlıqla dəqiq, konkret fikirlər söyləmək olmur. 

“Çünki sazişdə elə məsələlər öz əksini tapmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmasın və yaxud da müəyyən məsələlərin təxirə salınması ilə bağlı təhdidlər olmasın. Hazırda Qarabağ məsələsi, sülh müqaviləsi həll yolunu tapmayıb. Hər halda sazişin Azərbaycanın gələcəyi üçün uğurlu olacağını proqnozlaşdırıram. Avropanın Azərbaycanla bağlı maraqları böyükdür. Azərbaycan həm iqtisadi resursları, həm strateji mövqeyi, həm yerləşdiyi məkan, həm də meqa layihələrin kəsişdiyi, uzlaşdığı məkanda yerləşir. Bu mənada saziş təkcə ölkəmizin qazanmasına deyil, Avropanın qazanmasına xidmət edəcək”.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
Hamısı