Hər gün sosial şəbəkələrdə kərə yağının qiymətinin qalxması ilə bağlı məlumatlar dərc olunmaqdadır. İnsanlar bu qiymət artımını bir neçə amillə əlaqələndirirlər. Bəziləri nəqliyyat xərclərinin artması ilə digərləri isə heyvandarlığın azalması ilə əlaqələndirir.
Milli Məclisin deputatı iqtisatçı ekspert Ednews-a Vüqar Bayramov bildirib ki, qiymət artımı xaricdən idxal olunan məhsullarda özünü daha çox göstərir.
“Azərbaycanda kərə yağının qiyməti 20-manatədək bahalaşdı.Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi sayılan kərə yağının bu qədər bahalaşması təbii ki aztəminatlı ailələr üçün problem yaradır. Kərə yağının bahalaşmasının səbəbi dünya bazarında kərə yağının qiymətinin qalxmasıdır. Əsas səbəb olaraq isə göstərilir ki, heyvan yemlərinin artması bütün süd və süd məhsullarında bahalaşmasına səbəb oldu”.
Aytac