Azərbaycanda problemli kreditlər niyə artır? Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

İqtisadiyyat 12:01 25.05.2023

Azərbaycanda problemli kreditlərin həcmi 600 milyon manata çatıb. 2023-cü ilin may ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 591.8 milyon manat təşkil edib. Bu göstəricinin həcmi aprel ayının 1-i ilə müqayisədə 0,2 % artıb, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 12.3% azalıb. Qeyd edək ki, problemli kreditlərin 73.8%-i və 436,6 milyon manatı milli valyutada, 26.2%-i və ya 155.2 milyon manatı isə xarici valyutada olub.

Bu məsələdə önləyici hansı tədbirlər görmək mümkündür? Banklar problemli kreditlərin faiz nisbətini, borcunu özü qarşılamaya bilərmi? 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı Ednews-a bildirdi ki, əslində baş verən bu artım elə də böyük artım deyil: 

“Pandemiyadan sonra kredit portfeli artır, buna görə istər-istəməz problemlər də yaşanır. Ümumən, problemli kreditlər yalnız Azərbaycana xas olan cəhət deyil. İstənilən ölkənin bank sistemində problemli kreditlər var. Bu heç də bankların günahı deyil. Burada istər-istəməz obyektiv səbəblər də var. Qiymət artımı, insanların yoxsullaşması və başqa səbəblər. Biznes kreditlərinə gəldikdə, bizneslərin bağlanması, müflis olması, gəlirlərin düşməsi kimi hallar var. Bu, hazırda bütün dünyada baş verir. Xaricdə də banklar bağlanır. Amma böyük bankların sahibləri ortaya müəyyən vəzifələr qoyur və onların da mükafatları banka gətirdikləri gəlirə bağlıdır. Bankın da gəliri kreditlərdən, kredit üzrə gələn faizdən gəlir. Buna görə həmin bankların menecerləri çalışırlar ki, mümkün qədər çox kredit versinlər. İnsanları cəlb edirlər ki, gəlin, sizə kredit verək. Çünki onlar nə qədər gəlir götürsə, son nəticədə onların da mükafatı ona bağlıdır”. 

Ekspertin sözlərinə görə, əslində 2015-ci ildə devalvasiya da bu səbəbdən baş verib. Banklar bu zaman mümkün qədər çox gəlir əldə etmək üçün kredit sayını çoxaltdı və bu da problem yaratdı.

“Təəssüf ki, Mərkəzi Bank bu məsələyə ciddi nəzarət etmir. Hətta mən deyərdim ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə daha ciddi nəzarət edirdi. Məhz buna görə də devalvasiyadan sonra da problemli kreditlər azalmışdı. Mən xatırlayıram, 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası yarananda qaydalar müəyyən etmişdi ki, kreditlər hansı meyarlarla verilə bilər, bir nəfərin gəliri nə qədər olmalıdır və sairə. O qaydalara bu gün banklar riayət etmir. Mərkəzi Bank da buna göz yumur. Ona görə bu sahədə müəyyən işlər görülməlidir. Müəyyən işlər dedikdə Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarlarını rəhbər tutsa, o zaman banklar hansı halda kredit verə bilər, hansı halda yox bəlli olar. Mərkəzi Bank bu qaydalara riayət olunmasını ciddi nəzarətə götürməlidir. Bu halda da banklar kimə gəldi kreditlər verməyəcək”.  

Oğuz

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Hamısı