“Azərbaycanda inflyasiya törədən amillər çoxdur, amma onların içində xaricdən gələn idxal inflyasiyasının payı çox yüksəkdir”.
Ednews xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
"İnhisarçılıq meyllərindən qaynaqlanan inflyasiya da çox yüksəkdir. Azərbaycan iqtisadiyyatında gedən proseslərin məntiqində inflyasiya dayanır", - deyə o bildirib.