Hicablıların çimərlik problemi Halal turizmin formalaşmasında niyə maraqlı deyilik? – SƏBƏBLƏR və TƏKLİFLƏR

İqtisadiyyat 14:00 08.06.2023
Artıq çimərlik mövsümü yaxınlaşır. 
 
Hər il yeni çimərliklərin açıldığı bir vaxtda heç də hər kəs dəniz kənarında istirahət etmək hüququndan istifadə edə bilmir. Hicablı xanımlar üçün ayrıca çimərlik yerlərinin olmaması hələ də problem olaraq qalır.
 
Ümumiyyətlə, ölkədə halal turizmin vəziyyəti hansı yerdədir? Ölkə əhalisinin əksəriyətinin müsəlman olduğu və uzun illərdir islam ölkələrindən gələn turist axınının olduğunu nəzərə alsaq niyə Azərbaycanda halal konseptlə çalışan turizm obyekləri yox dərəcəsindədir?
 
Buna nə mane olur?
 
Məsələ ilə bağlı Ednews-a danışan turizm üzrə ekspert Əziz Şiriyevin sözlərinə görə, ölkəmizdə halal turizmə keçid o qədər də yüksək səviyyədə deyil:
 
“Bakının özündə halal konseptlə çalışan cəmi iki-üç hotel var. Halal konseptdə dənizkənarı istirahət obyeləri, çimərliklər isə demək olar ki, yox səviyyəsindədir. Novxanıda bir-iki belə yer var. Bu barədə düşünürük, amma hələki istədiyimiz effekti ala bilmirik. Gələcəkdə vəziyyət dəyişə bilər”. 
 
Ə.Şiriyev qeyd edib ki, ərəb ölkələrindən gələn turistlərin əksəriyyətinin bahalı hotel, əyləncə, rayon turları axtarışında olması turizm sektorunda halal konseptə tələbatın o qədər də yüksək olmadığını deməyə əsas verir:
 
“Gələnlərin çoxu, demək olar ki, halal konsept axtarışında deyillər. Azərbaycana ərəb turistlərin axını 2015-ci ildən iraqlı qonaqlarla başlayıb. 29 may - 4 iyun tarixləri arası ölkəmizdə taekvando üzrə 26-cı dünya çempionatı keçirildi. Xaricdən kifayət qədər qonaq var idi. Koreya, Hindistan, Pakistan və Nepaldan qonaqlar çoxluq təşkil edirdi, təxminən 3-4 min nəfər. Düşünürəm ki, biz ailəvi turizmə üstünlük verməliyik. Konsept elə qurulmalıdır ki, tək bir istiqaməti əhatə etməsin, çoxşaxəli olsun”. 
 
 
Ekspertin fikrincə, turizmin inkişaf etdiyi ərəfədə yalnız əyləncə məkanı kimi tanınmaq ölkəmizə heç də yaxşı imic qazandırmır:
 
“Biz əyləncəyə yer ayıranda, daha çox bunun təbliğatını aparanda ölkəmiz haqqında yaxşı imic formalaşdırmış olmuruq. Sosial şəbəkələrdə bunu görən ailəli insanlar artıq ölkəyə səfər etmək fikrindən daşınır. Düşünürlər ki, Bakı, Azərbaycan ancaq 5 ulduz hotellər, əyləncə mərkəzləri, klublardan ibarətdir. Halal və ailəvi turizmi önə çıxaran konsept üzərində işləmək lazımdır. Tələbat və gəlir az olduğu üçün turizm sektoru bu növü inkişaf etdirməkdə maraqlı deyil. Lakin biz bu sahədə nə qədər çalışdıq ki, tələbat görmədik?” 
 
Məsələyə ilahiyyatçı Elşad Miri də münasibət bildirib. O qeyd edib ki, qonşu Turkiyə və bir sıra ərəb ölkələrində hicablı qadınlar üçün ayrıca çimərlik yerləri mövcuddur:
 
“Hicablı xanımların çimərliyə getməsində heç bir məhdudiyyət yoxdur. Onlar üçün nəzərdə tutulmuş xüsusi çimərlik geyimləri var. Ölkəmizdə də həmçinin satılır. Əlbəttə hicablılar üçün ayrıca çimərliklər olsa daha yaxşı olar. Üzgüçülük yerlərində, bəzi istirahət mərkəzlərində qadınlar və kişilər üçün giriş günləri ayrıdır. Çimərliklər üçün də belə variant təklif oluna bilər. Hər kəsin dənizdən, çimərlikdən istifadə hüququ təmin edilməlidir. Çimərliklər genişdir, bir hissəsini hicablı xanımlar üçün ayırmaq olar. Bunu nəzərə alıb müəyyən addımlar atılsa gözəl olar”.
 
 
 
Törə Zeynal
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı