"Toyota" özünün yeni elektrikli avtomobilləri üçün Teslanın enerji təhcizetmə standartını mənimsəyəcək.
Ednews CNN-ə istinadən bildirir ki, "Toyota" şirkəti 2025-ci ildən etibarən "Tesla" ilə birgə əməkdaşlıq aparacaq və elektrikli avtomobillərin sayının artırılması yönündə yeni strategiyalar tərtib ediləcək.
Qeyd edək ki, keçdiyimiz günlərdə "Ford" şirkəti də "Tesla" tərəfindən yaradılmış bu sistemə keçid etdiyini bildirib.
Bütün bunlardan dünyada elektrikli avtomobillərin sayının yüksək dərəcədə artacağı gözlənilir.
Fərid Axundov