Mersedes-Bens şirkəti elektrikli avtomobil sənayesinin istehsalçılar üçün çox gərgin vəziyyətdə olduğunu iddia edib.
Ednews The Guardian-a istinadən xəbər verir ki, satışların sayı Avropa, ABŞ və eləcə də Çində xeyli düşüb.
İstehsalçılar açıq bazarda rəqabətin çox olduğunu səbəb gətirərək qiymətlərin düşdüyünü bildirib.
Mersedes-Bens şirkətində finans rəhbəri olan Harald Vilhelm satış rəqabətində qiymətlərin məcburi şəkildə aşağı salınmasının başqa bir səbəbini də Çində istehsal olunan ucuz məhsulların sayının günü-gündən artması ilə əlaqələndirib.
Fərid Axundov