"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası

Analitika 13:39 17.06.2025

Son illərdə dünya geosiyasi konfiqurasiyası transformativ bir mərhələyə qədəm qoyub. Qlobal miqyasda baş verən iki əsas münaqişə — Ukrayna-Rusiya savaşı və İran-İsrail qarşıdurması — təkcə regional təhlükəsizlik arxitekturasını yox, həm də beynəlxalq güc balanslarını ciddi şəkildə yenidən dizayn edir. Belə bir mürəkkəb mənzərədə Türkiyə özünəməxsus diplomatik manevr imkanları ilə həm Qərb, həm də Şərq arasında körpü funksiyasını qoruyaraq, çevik, çoxşaxəli və balanslı geosiyasi rol ifa etməyə çalışır.

Bu məqalədə Türkiyənin həm Ukrayna-Rusiya, həm də İran-İsrail münaqişələri fonunda diplomatik aktivliyini, onun regiondakı strateji məqsədlərini, balans siyasətinin mahiyyətini və mümkün nəticələrini analitik və siyasi kontekstdə qiymətləndirəcəyik.

Ukrayna-Rusiya Münaqişəsi: Ankara balansının incə oyunu
Türkiyə bu münaqişədə nə NATO qədər sərt, nə də Rusiya qədər təcavüzkardır. Əksinə, Ankara öz diplomatik xəttində neytral, vasitəçi və praqmatik mövqe tutaraq həm Kiyevlə, həm də Moskva ilə siyasi və iqtisadi əlaqələrini qorumağa çalışır.

Bunun bariz nümunəsi olaraq aşağıdakı nüansları göstərə bilərik:

Taxıl dəhlizi razılaşması (2022) və onun davam etdirilməsi üçün göstərilən cəhdlər;
Rusiya qazının Avropaya çıxışında Türkiyənin enerji habı rolunu artırması;
Bayraktar TB2-lərin Ukraynaya satılması, lakin eyni zamanda Rusiya ilə strateji səviyyəli əlaqələrin pozulmaması.

Türkiyənin bu konfliktə yanaşması həm də onun “strateji muxtariyyət” prinsipinə söykənir: yəni,nə tam Qərb orbitinə daxil olmaq, nə də Rusiya ilə qarşıdurmaya girmək. Əksinə, bu iki qütb arasında diplomatik manevr bacarığı ilə öz regional liderlik iddiasını gücləndirmək.

İran-İsrail Qarşıdurması: Səssiz aktivlik, strateji ehtiyatkarlıq

2024-cü ildən etibarən İran-İsrail münasibətləri daha da gərginləşdi.,bu günlərdə isə öz tarixi kuliminasiyasına çatdı. İsrailin Suriya və İraqda həyata keçirdiyi əməliyyatlara İranın cavab reaksiyaları, habelə Qəzza müharibəsi fonunda artan gərginlik Türkiyənin də maraqlarına toxunur.

Ankara bu konteksdə:

İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara sərt ritorik mövqe nümayiş etdirdi, lakin bu, rəsmi əlaqələrin tam kəsilməsi ilə müşayiət olunmadı.
İranla isə ehtiyatlı diplomatik dil istifadə olunur. Çünki hər iki ölkə Suriyada fərqli maraqlara sahib olsa da, birbaşa qarşıdurmadan yayınmaq həm rəsmi Ankaranın, həm də rəsmi Tehranın prioritetidir.
Bu siyasət "təhlükəsiz məsafədə iştirak" modeli kimi oxunur — bölgədə alovlanan qarşıdurmaların içində yox, lakin onların nəticələrinə təsir göstərə biləcək qədər yaxın olmaq. Beləliklə, Türkiyə həm Ərəb dünyasında, həm də Qərbdə özünü münaqişələri yumşaltmağa qadir regional aktor kimi təqdim edir.

İsrail-İran münaqişəsinin gərginləşməyi ilə Ankara ö diplomatik kanallarını birmənalı olaraq hərbi münaqişənin dayandırılması və iki tərəf arasında razılaşmaya nail olmaq ideyasına nail olmaq üçün səfərbər edib. 

Yeni Diplomatik Platformalar və Multilateralizm
Türkiyənin diplomatik fəallığı yalnız bu iki münaqişə ilə məhdudlaşmır. Ankara paralel olaraq bir neçə müstəvidə aktivdir:

Təşkilatlanmış Türk Dövlətləri, Orta Asiya ilə əlaqələrin dərinləşdirilməsi;
Qarabağ sonrası Cənubi Qafqazda fəallaşma, Zəngəzur dəhlizi layihəsi və Azərbaycanın strateji tərəfdaşı kimi çıxış;
BRICS+ və ŞƏT kimi platformalarda müşahidəçi statusu, balanslı çoxqütblü sistemə uyğunlaşma meyli.
Bu çoxşaxəli diplomatiya, eyni vaxtda müxtəlif oxlarda oyun qurmaq anlamına gəlir. Bu, həm qərblə strateji müttəfiqlik, həm də Şərqlə taktiki əməkdaşlıq siyasətidir.

Türkiyənin geosiyasi prioritetləri: Niyə məhz indi?
Türkiyə hazırkı mərhələdə bir neçə geosiyasi prioritetə önəm verir:

Enerji tranziti və enerji təhlükəsizliyi — Rusiyanın qazı, Azərbaycanın nefti, İsrailin təbii qaz ehtiyatları;
Ticarət dəhlizləri və logistik mərkəz funksiyası — Orta Dəhliz, Zəngəzur, TANAP, BTQ dəmiryolu;
Daxili siyasi stabillik və xarici uğur əlaqəsi — xarici siyasət uğurları daxili leqitimlik gücləndirici faktor kimi istifadə olunur.

Risklər və Fürsətlər
Bu cür aktiv və çoxşaxəli siyasət, təbii ki, müəyyən risklər daşıyır:

Risklər:

-ABŞ və Rusiya arasında ziddiyyətlərin dərinləşməsi fonunda Türkiyənin manevr imkanlarının daralması;
-İran-İsrail qarşıdurmasının regional savaşa çevrilməsi və Türkiyənin bu alovun içində qalması ehtimalı;
-Qərb ölkələrinin Türkiyənin Şərq meyilli siyasətini təhlükə kimi şərh etməsi.

Fürsətlər:

-Qlobal güc balanslarının yenidən qurulduğu bir dövrdə diplomatik vasitəçilik statusunun möhkəmlənməsi;
-Enerji və logistik dəhlizlərin kəsişməsində yerləşmə üstünlüyü;
-Yeni regional ittifaqların formalaşmasında lider rolunun əldə olunması.

Şahlar Ruhi

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür
11:25 15.07.2025
Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib
11:10 15.07.2025
Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilir
11:01 15.07.2025
XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib
10:55 15.07.2025
Su altında qalan daha bir şəhər tədqiq olunur
10:40 15.07.2025
Qida boyası şəkərli diabet yaradır
10:25 15.07.2025
Qazaxıstanda dünyanın ən bahalı metalı hasil olunur
10:10 15.07.2025
Çin ordusu döyüş təlimlərində robotlardan istifadə edib
09:55 15.07.2025
Çin pilotsuz tədqiqat gəmisini suya buraxdı
09:25 15.07.2025
" Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır"
08:55 15.07.2025
NASA niyə kadr itirir?
08:27 15.07.2025
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib
07:58 15.07.2025
Ağdərədə 31 yaşlı kişini elektrik cərəyanı vurub
07:28 15.07.2025
Luka Modriç "Milan"a keçdi
07:06 15.07.2025
Aİ Ermənistana dəstəyini artıracaq
06:40 15.07.2025
Osimhenin transferi niyə bitmək bilmir?
06:10 15.07.2025
Baş ağrılarının mənbəyinə dair daha bir iddia ortaya çıxdı
05:44 15.07.2025
Sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf edib
05:19 15.07.2025
Tehran sülhə inanmır
04:58 15.07.2025
İsrail Ordusunun qərarı hökumətdə parçalanmaya səbəb olub
04:26 15.07.2025
""NATO rəhbərlərinin savadsızlığı ucbatından..." -Mariya Zaxarova
03:52 15.07.2025
Yaponiyanın hakim partiyası parlamentdəki mövqeyini itirə bilər
03:29 15.07.2025
Jorje Jezuş "Əl-Nəsr"in baş məşqçisi təyin edilib
03:05 15.07.2025
Təbrizdə partlayış səsləri eşidildi
02:35 15.07.2025
Malron Azərbaycanla Ermənistan arasındakı mümkün sülh müqaviləsindən danışdı
01:51 15.07.2025
NATO Gürcüstanda təlimlər keçirəcək
01:35 15.07.2025
Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq
00:51 15.07.2025
Goranboydakı qəzada piyada və sürücü ölüb
00:32 15.07.2025
Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı şok görüntülər yayılıb
00:27 15.07.2025
Tramp Rusiyaya 50 gün vaxt verdi
23:57 14.07.2025
Tramp və Rutte arasında görüş başlayıb
23:25 14.07.2025
Aİ-dən ABŞ-yə ixracatın 70 faizinə əlavə rüsumlar tətbiq olunur
22:51 14.07.2025
Tbilisidə dağılan binanın sakinləri otelə yerləşdirilib
22:23 14.07.2025
BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə dair təlim proqramı yekunlaşıb – QHT-lər üçün
22:08 14.07.2025
Panama sahillərində güclü zəlzələ olub
21:38 14.07.2025
ISO süni intellekt ilə bağlı layihəsində iştirak üçün Azərbaycanın namizədliyini təsdiq edib
21:09 14.07.2025
Yuliya Sviridenkoya Ukrayna hökumətinin rəhbəri olmaq təklif olundu
20:41 14.07.2025
Çimərliyə ildırım düşdü
20:09 14.07.2025
Tiktoker ev dustaqlığına buraxıldı
19:36 14.07.2025
"Hava limanının radarları yadplanetlilərə yerimizi bildirir"
19:07 14.07.2025
Hamısı