“Yaşıl enerji”: Azərbaycanın böyük hədəfləri - ŞƏRH

İqtisadiyyat 17:30 30.10.2023

Xəzər-Avropa İttifaqı enerji dəhlizinin iqtisadiyyata necə təsir edəcək?

Prezident İlham Əliyev Azərbaycanın Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla fəal işləmək niyyətində olduğunu bildirib. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Azərbaycan prezidenti deyib ki, hazırda 4 qiqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Bəhs edilən Xəzər-Avropa İttifaqı enerji dəhlizinin yaradılması və ölkəmizin Avropaya bərpa olunan enerji ixrac etməsi ölkədə qeyri-neft sektoruna necə təsir edəcək? 

Bu barədə Ednews-a danışan iqtisadi ekspert Emin Qəribli, gələcəkdə ölkənin qeyri-neft sektorunda “Yaşıl Enerji”-dən genişmiqyaslı şəkildə istifadə ediləcəyini açıqlayıb. 

“Son illərdə Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca uzun yol qət edib. Təbii ki, bu Avropa ölkələri tərəfindən dəyərləndirilir və hazırda bir çox ölkələr Azərbaycana yeni energetika tərəfdaşı kimi nəzər yetirir. Azərbaycanın illər ərzində qazandığı reputasiyası öz növbəsində ölkənin irəlidə səmimi və etibarlı tərəfdaş olduğuna dair inam yaradıb. TANAP kimi bir çox meqa layihələr vardır ki, ölkəmiz onları uğurla həyata keçir və öz iqtisadi azadlığını təminat altına alır. Bunun əhəmiyyətini ona görə vurğulamaq istəyirəm ki, bütün bunlar qlobal iqtisadi arenada Azərbaycanı təmsil edir və güvənli tərəfdaş siması yaradır. Bu gün Azərbaycan hər hansı bir addım atırsa, bu o deməkdir ki, artıq baş verə biləcək bir çox hadisələr hesaba qatılıb və bir sıra ölçülər götürülüb. 
Bunu qeyd etməyim də vacibdir ki, “Yaşıl Enerji” hələ özü yeni bir sahədir və onun özünü tam şəkildə sübut etməsi üçün hələ illər tələb olunur. Bu enerjinin ixrac olunmasına gəldikdə isə, qeyd edək ki, bunun Azərbaycan üçün xüsusi əhəmiyyətə sahibdir. Çünki, ölkəmiz üçün qeyri-neft sənayesinin inkişafı həddən artıq lazımi tədbirdir”. 

Ekspert həmçinin yaxın gələcəkdə Azərbaycanın enerji sərfiyyatının neçə faizini yaşıl enerjinin təşkil edəcəyi haqqında öz proqnozlarını da bölüşüb. O, qeyd edib ki, bərpa olunan enerji hər regionda fərqli şəkildə yararlı olur. 

“Bu sahənin inkişafı üçün ən yeni texnologiyaların idxalı mühim məsələdir. Lakin, təkcə idxal vasitəsilə bərpa olunan enerji mənbələri stansiyaları təsis etmək mümkün deyil. Enerjinin Avropa bazarına çıxarılması üçün yerli alimlərin bu sahəyə cəlb edilməsi və ölkə ərazisində “Yaşıl Enerji” üçün ən əlverişli sahələrin dəyərləndirilməsi yaxın gələcəkdə, inanıram ki, atılacaq addımlardandır. Bundan başqa Şərqi Zəngəzurda yaradılacaq enerji stansiyaları ilə mütəmadi olaraq enerji istehsal edib, təbii qaz daha çox Avropa bazarına ixrac ediləcək”.    

E.Qəribli qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa olunan enerji üçün olduqca bəhrəli bir mühit var. 

“Əmələ gələn ucuz enerjini yerli əhali istifadə edəcək və bu daxili iqtisadiyyatda qaz istehsalına olan tələbi azaldacaq. Qeyd edim ki, bu enerji əhalini təmin etmək üçün kifayət edir. Günəş Elektrik Stansiyaının Azərbaycanda istifadəsi olduqca əlverişlidir. Buna görə də bərpa olunan enerjinin ölkədə istifadəsi gələcək 10 il ərzində xeyli artacaq. Növbəti 30 ildə isə, artıq ölkəmiz xaricə “Yaşıl Enerji” ixrac edəcək və bu xarici iqtisadi münasibətlərin böyük bir hissəsini təşkil edəcək”.

Fərid Axundov

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hamısı