"Azərbaycanda ət istehlakında yerli istehsal əhəmiyyətli rol oynayır. Quşçuluqda 75% ,iri buynuzlularda 90,92%, xırda buynuzlularda isə 97,98 % yerli bazarda öz fermerlərimiz təmin edir. Təbii ki, bazarın formalaşmasında idxal vacibdir. Amma statistikaya baxdıqda, azalma
38, 287 keçən il olub, 38,348 də bu ilin 11 ayı olub.Əslində diqqət etsək çox cüzi azalmadan söhbət gedir. Yəni bazara, qiymətlərə əhəmiyyətli təsir etməyəcək".
Bu sözləri Ednews-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, ilin əvvəlindən ətin qiyməti bahalaşmışdı:
"Yəni bu noyabr məsələsi deyil. Bu baxımdan indiki, statistika bazarlara təsir etməyəcək. Qeyd etdiyimiz kimi zatən ətin bahalaşmasını ilin əvvəlindən müşahidə edirik. Hətta bayram ərəfəsində qiymətlər pikə gəlib çatır. Bundan başqa təkcə xaricdə idxalın azalması deyil, bizim fermerlərin də xərcləri, maya dəyəri qalxıb. Daha bir statistik məlumat vermək istərdim ki, keçən ay noyabr ayı 0,4 % ərzaq məhsullarının qiyməti azalıb".
Ekspert qeyd edib ki, ucuzlaşmaya ət və ət məhsulları başçılıq edir:
"Beləki 1,1 ət ,0,9 % da balıq məhsulllarında ucuzlaşma müşahidə olunub. Qeyd edilən statistika isə 11 aylıq vəziyyəti əks etdirir və bu da bazara artıq ilin ortasında təsirini göstərib. O səbəbdən hər hansısa qiymət artımından söhbət gedə bilməz".
Afaq