2023-cü ilin oktyabr ayında partladılan Baltik qaz boru kəməri aprelin 22-də fəaliyyətə başlayacaq.
Ednews sputnik-ə istinadən xəbər verir ki, qaz boru kəməri Avropanı enerji ilə təmin etmək üçün Finlandiyanın rəhbərliyi ilə işə başlayacaq.
Xəbərə görə, 77 km-lik boru kəməri Finlandiya, Estoniya, Latviya kimi dövlətləri qaz ilə təmin edirdi.
Boru kəmərinin tamamilə hazır olduqdan sonra fəaliyyətə başlayacağı isə hələ ki, dövlətlər arasında müzakirə ediləcək.
Finlandiya boru kəmərinin bir müddət açılmamasını təklif edib. Baltikyanı dövlətlər isə məsələni müzakirə etmək üçün tələsir.
Qeyd edək ki, Finlandiya höküməti Rusiyanın yenə də qaz kəmərinə təxribat törədə biləcəyindən ehtiyat edir.
Fərid