Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 120 yük maşını gözləmədədir.
Ednews xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, “Biləsuvar” gömrük postunda 78, Astara gömrük postunda 315, “Mazımqara” gömrük postunda 20, “Samur” gömrük postunda 42 və “Xanoba” gömrük postunda 3 yük maşını keçid üçün gözləmədədir.