HƏMAS-la müharibə şəraitində olan İsrail münaqişənin başlamasından bəri iqtisadi geriləmə yaşayıb.
Ednews Ərəb mediasına istinadən xəbər verir ki, hazırda İsrailin ÜDM-nin 20%-i Qəzzadakı müharibəyə xərclənir.
Xəbərə görə, İsrailin ÜDM-nin hərbi sənayeyə ayrılan hissəsi kəskin artıb.
Müharibənin əvvəlindən indiyə kimi İsrailin ÜDM-i 14% kiçilib.
Ölkədə həm dövlət, həm də özəl sənaye sahələri Qəzza müharibəsi üçün ortaq cəmləşib.
Qeyd edək ki, müharibə davam edərkən yerli şəhərsalmaya ayrılan vəsaitlərin 68%-i ləğv olunub.
Fərid