“Enerji infrastrukturlarından istifadə edərək iqtisadi təhlükəsizliyi təmin etmək üçün ənənəvi enerjini yaşıl enerjiyə çevirməyi bacarmalıyıq. Yaşıl enerjidən geniş istifadə olunması həmişəkindən daha yaxınıq. Həmişəki kimi, verilən vədlərlə real anlaşmalar arasında böyük fərqlər var. Biz hazırda həm Avropada, həm də ABŞ-da ciddi enerji dəyişimi ilə üzləşirik."
Ednews xəbər verir ki, bu fikirləri İtaliyanın “Sapiem” şirkətinin rəhbəri Alessandro Puliti bildirib. Onun sözlərinə görə, dövlətlər yaşıl enerjidən istifadə edərkən iqtisadi faktorları nəzərə almalıdır:
Enerji qiymətlərində də çox ciddi bahalaşma görürük. İnsanlar qiymətlərin düşəcəyini düşünürdü. Lakin, bu belə olmadı, çünki ənənəvi enerji mənbələrinə çatmaq daha çətindir.
Hazırda Böyük Britaniyada bu barədə çox ciddi işlər görülür. Onlar deyirlər ki, biz alternativ enerjinin təkcə ətraf-mihit üçün təhlükəsiz olmamasına yox, həm də iqtisadiyyatın stabilliyinə mənfi təsir göstərmədiyinə fikir verməliyik.”