Yaponiyanın ən şimal adası olan Hokkaydonun sahilində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
“EDnews” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzə görə, təbii fəlakətin episentri Kusiro şəhərindən 173 km şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.