"Azərbaycan energetika nazirinin Qarabağ və Naxçıvanın "yaşıl enerji" zonasına çevilməsini söyləməsi mənim diqqətimi çəkdi. Mən özüm bir neçə il əvvəl Naxçıvanda olmuşam və orada geotermal enerji potensialının yüksək olmasının şahidi olmuşam".
Ednews-un məlumatına görə bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı "Baker Hughes" şirkətinin Xəzər və Ukrayna üzrə direktoru Karlo Beltrame deyib.
“Naxçıvanda geotermal enerji ilə bağlı tətqiqat və təhlillər aparmaq ölkə üçün çox vacibdir”, deyə o sonda qeyd edib.
Əkbər Novruz