Vaşinqtonda Azərbaycanın COP29-a sədrliyinə dair tədbir keçirilib

İqtisadiyyat 11:00 19.06.2024

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın COP29-a sədrliyinə dair tədbir keçirilib.

Ednews xəbər verir ki, Vaşinqton şəhərində Azərbaycan Respublikasının səfirliyi və Amerikanın Ticarət Palatasının birgə təşkilatçılığı ilə “COP29: Enhancing Ambition, Enabling Action” adlı hibrid formatda tədbir baş tutub. Tədbirdə ABŞ-ın dövlət qurumlarının, diplomatik korpus, özəl sektor, xarici və yerli media orqanlarının nümayəndələri və digər maraqlı tərəflər iştirak edib.

Öncə ABŞ Ticarət Palatasının vitse-prezidenti Xuş Çoksi qonaqları salamlayaraq, iştirakçılara tədbirin proqramı barədə məlumat verib.

Ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahim öz çıxışında dünyada iqlim dəyişmələri fonunda baş verən hadisələrdən və ölkəmizin COP29-a sədrliyi çərçivəsində görülən işlərdən danışıb.

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin baş müavini Syu Biniyaz ölkəsinin COP29-a dair məqsədlərindən bəhs edərək, İkiillik Şəffaflıq Hesabatının vaxtında təqdim olunması üçün Azərbaycan tərəfindən sıx iş aparılmasından məmnunluq duyduğunu vurğulayıb.

ABŞ nümayəndəsi ölkəsinin Paris Sazişinin altıncı maddəsi çərçivəsində Azərbaycanla eyni məqsədləri paylaşdığını qeyd edib. S. Biniyaz yaxın zamanda Azərbaycanın COP29 prioritetlərini və gündəliyini elan etməsini səbirsizliklə gözlədiyini bildirib.

Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-a dair yeni inkişaflardan bəhs edərək, Bonn şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının konstruktiv müzakirələrin aparılmasına imkan verdiyini və tərəflərin iqlim dəyişikliyi məsələlərində bir araya gəlməsi üçün əlavə platforma yaratdığını qeyd edib. Y. Rəfiyev konfrans zamanı ölkəmizin COP29 üçün nəzərdə tutduğu baxışı təqdim etdiyini vurğulayıb.

Baş danışıqçı iqlim maliyyəsi məsələlərində dövlət qurumları ilə yanaşı, özəl sektorla birgə əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.

COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Oqtay Məmmədov çıxışı zamanı ölkəmizdə keçiriləcək tədbirlə bağlı iştirakçılara logistik və yerləşmə məsələlərinə dair məlumat verib. Çıxışlardan sonra sual-cavab sessiyası baş tutub.

Tədbirin sonunda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Marti Durbin tədbir iştirakçılarına və səfirliyimizə faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib./report/

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı