2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın bank sektoru 682.8 milyon manat xalis mənfəət əldə edib.
Ednews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 4.2% çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın bank sektoru 655.3 milyon manat xalis mənfəət əldə edib.