Çin Statistika Komitəsi ölkədəki iqtisadi aktivliyin son 6 ayda ilk dəfə artdığını elan edib. Qurumun məlumatına görə ölkənin iqtisadi aktivliyi PMİ indeksinə görə 49,8-dən 50,2-yə qalxıb. Ekspertlər hesab edir ki, bu artım dövlətin yüksək səviyyəli stimullaşdırma siyasətini aktivləşdirməyinin məntiqi nəticəsidir.
Xatırladaq ki, Oktyabrın əvvəli Çin höküməti dövlət istiqrazlarını satışa qoymuş, əldə olunan vəsaitin isə iqtisadi sferanın stimullaşdırılmasına, gənc işsiz kadrların məşğulluğunun təmin olunması üçün görüləcək tədbirlərə sərf edəcəyini açıqlamışdı.
"Capital Economic"-in ekspertləri hesab edir ki, Çinin "sağalma əlamətləri"-nin qlobal iqtisadi sferada pozitiv təsirləri yaxın zamanda müşahidə olunmağa başlayacaq.
EDnews