Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələrini açıqlayıb.
“EDnews” xəbər verir ki, AMB sədri bu barədə Ər-Riyadda keçirilən "İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün Əl-Ula" adlı konfransda çıxışı zamanı bildirib.
"Əgər məndən soruşsanız, qısa şəkildə, bu geopolitik vəziyyətin nəticələri nədir? Gördüyümüz odur ki, infli""yasiya yüksəlib və biz gərginliklərə dair qeyri-müəyyənliklə üzləşirik. Maliyyə infrastrukturundakı dəyişikliklər, rəqəmsal valyutaların istifadəsi və platformalarının yüksəlişi ilə bağlıdır"- AMB sədri deyib.
Taleh Kazımov Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələrini isə inflyasiya, beynəlxalq hesablaşmaların transformasiyası, rəqəmsal aktivlər və milli valyutalardan istifadənin artması, həmçinin beynəlxalq tənzimləyici tələblərə uyğunluğun vacibliyi ilə əlaqələndirib.