Almaniyada inflyasiyanın səviyyəsi azalmaqda davam edir. Apreldə bu göstərici 2,1 faiz təşkil edib ki, bu da son altı ayda qeydə alınmış ən aşağı rəqəmdir.
“EDnews”xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
Statistikaya əsasən, ümumi inflyasiya göstəricisinin aşağı düşməsinə enerji qiymətlərinin ucuzlaşması təsir edib. Belə ki, yanacağın qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz, ümumi enerji qiymətləri isə 5,4 faiz aşağı düşüb.
Bununla belə, ərzaq və xidmət sektorunda qiymət artımları davam edir. Xüsusilə təyyarə biletləri 19,1 faiz, paket turlar 9,2 faiz, restoran xidmətləri isə 4,2 faiz bahalaşıb. Ərzaq məhsullarında isə qiymətlər orta hesabla 2,8 faiz artıb. Mövsümi məhsullar arasında meyvə-tərəvəzdə bahalaşma daha yüksək - müvafiq olaraq 6 və 5,6 faiz təşkil edib.
Almaniyada inflyasiyanın qarşıdakı aylarda 2-2,5 faiz səviyyəsində qalması gözlənilir. Bununla yanaşı, dəyişkən enerji və ərzaq qiymətləri nəzərə alınmadan hesablanan əsas inflyasiya göstəricisi may ayı ilə müqayisədə 0,3 faiz artaraq 2,9 faizə çatıb.
Fatimə Mərdanlı //EDnews