"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"

İqtisadiyyat 14:35 21.06.2025

Dünya təcrübəsi göstərir ki, əyləncə və oyun turizmi bölgələrə xarici turist axınını artırır.

“EDnews” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən parlamentin plenar iclasında bildirib.

Deputatın sözlərinə görə, əyləncə və oyun turizmi hotellər, restoranlar və digər xidmət sahələrində yeni iş yerlərinin açılmasına, həmçinin xarici və yerli investisiyaların turizm infrastrukturuna cəlb olunmasına səbəb olur:

“Bu sahə büdcəyə əlavə gəlir gətirir, ölkəyə xarici valyuta axınını təmin edən iqtisadi kanallardan birinə çevrilir. Lakin burada əsas vurğulanmalı məqam ondan ibarətdir ki, hazırda müzakirə edilən “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi heç bir halda ölkədə "kazino iqtisadiyyatı" və ya oyun şəbəkəsinin qurulması məqsədi daşımır. Belə fikirlər varsa, tamamilə yanlışdır”.

A. Əmiraslanov qeyd edib ki, oyun biznesi sadəcə “premium” və "elit" turizmin əlavə bir komponentidir: “Bu sahənin gələcəkdə müəyyən dolayı iqtisadi təsirləri ola bilər, lakin o nə sahibkarlıq fəaliyyətinin, nə də qeyri-neft sektorunun əsasını təşkil edir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkənin iqtisadi inkişaf perspektivlərini bu sahə ilə bağlayır”.

Deputat əlavə edib ki, oyun biznesi Azərbaycanda lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq fəaliyyətindən yalnız biridir:
“2024-cü ilin nəticələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Onlardan 76 mini hüquqi şəxs statusundadır. Ölkəmizdə rəqabətqabiliyyətli milli iqtisadiyyatın qurulması, innovativ təşəbbüslərin dəstəklənməsi, sənayeləşmə, aqrar sahənin inkişafı, ixrac və tranzit potensialının genişləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetləridir”.

A. Əmiraslanov vurğulayıb ki, bu məqsədlə ölkədə sənaye parkları, texnoparklar və aqroparklar yaradılır: “Azərbaycanın iqtisadi strategiyası, sənaye və sahibkarlıq siyasəti, sosial inkişaf və məşğulluq konsepsiyası aydındır və bu istiqamətdə ardıcıl addımlar atılır”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Vərəsəliklə bağlı yeni qaydalar təsdiqləndi
16:44 07.07.2025
Ən şanslı gündə doğulan bürclər açıqlandı
16:29 07.07.2025
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib
16:19 07.07.2025
Rutte Məcburi Hərbi xidmət haqqında danışdı
16:14 07.07.2025
2025-ci il ərzində dərman zəhərlənmələrindən 7 nəfər ölüb
15:59 07.07.2025
Qala Dövlət Qoruğunda genişmiqyaslı iməcilik keçirilib
15:44 07.07.2025
"Qarabağ" Juninyonu geri alır?
15:29 07.07.2025
"Saakaşvili əfv olunmayacaq"
15:14 07.07.2025
Azərbaycanla bağlı məşhur trendə Puyol da qoşuldu
14:59 07.07.2025
Şəxsi məlumatlarımızı necə qoruyaq?
14:44 07.07.2025
“Rusiya və Azərbaycan müttəfiq qalmalıdır”
14:29 07.07.2025
Polşa ordusu Almaniya ilə sərhəddə xüsusi əməliyyat keçirir
14:14 07.07.2025
SAXAL Suriyada İranla əlaqəli olduğu iddia edilən yaraqlıları ələ keçirib
13:59 07.07.2025
Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər -Mütəxəssislər xəbərdarlıq edir
13:44 07.07.2025
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi
13:29 07.07.2025
Dünyanın ən yaşlı quru heyvanı tapıldı
13:14 07.07.2025
"II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir"
12:59 07.07.2025
Çin “Rafale”yə qarşı propoqanda aparır
12:34 07.07.2025
3 500 illik qədim şəhər aşkarlandı
12:29 07.07.2025
Rusiyada 8 azərbaycanlı saxlanılıb
12:14 07.07.2025
Ukraynanın Almaniyadan istədiyi silahların siyahısı yayımlandı
11:59 07.07.2025
Ukrayna dronları Rusiya səmasını işğal etdi
11:38 07.07.2025
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:23 07.07.2025
Lyayenin impiçment səsverməsi keçiriləcək
11:18 07.07.2025
“LC Waikiki”nin anbarı yandı
11:08 07.07.2025
Hamısı