Black Caspian Logistics and Trading” şirkətlər qrupu Omanla əməkdaşlığı genişləndirir

İqtisadiyyat 07:23 05.06.2025

Azərbaycanın özəl sektoru beynəlxalq bazarlarda iştirakını genişləndirmək məqsədilə növbəti strateji addım atıb. “Black Caspian Logistics and Trading” şirkətlər qrupunun nümayəndə heyəti Oman Sultanlığına işgüzar səfər həyata keçirib. Səfər çərçivəsində ticarət, logistika və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılovun dəstəyi ilə baş tutan səfər ölkələrarası iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət edən çoxsaylı görüş və müzakirələrlə yadda qalıb. Omanın dövlət strukturlarının və aparıcı özəl şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran sahələr üzrə konkret əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Əsas diqqət mərkəzində Azərbaycan şirkəti “AZCHEMCO”nun texnologiyası ilə gübrə istehsalı müəssisələrinin Omanda tikilməsi məsələsi olub. Tərəflər həmçinin Azərbaycan və Mərkəzi Asiya ölkələrində istehsal olunan mineral və maye gübrələrin Hind okeanı regionundakı ölkələrə çatdırılması və bu məhsulların ticarətinin təşkili məsələlərini də müzakirə ediblər.

Digər mühüm mövzu isə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı olub. Görüşlər zamanı Azərbaycan, Gürcüstan, Türkiyə və Orta Asiya ölkələrindən meyvə, tərəvəz və digər ərzaq məhsullarının Oman və qonşu bazarlara ixrac imkanlarının artırılması məsələləri diqqət mərkəzinə alınıb.

Bu səfər, Azərbaycanın qeyri-neft sektorunun beynəlxalq iqtisadi sistemə inteqrasiyası, regional logistik imkanların artırılması və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq baxımından mühüm strateji addım kimi qiymətləndirilə bilər. Omanın Hind okeanına çıxışı Azərbaycanın Orta Dəhliz strategiyası ilə uyğunluq təşkil edir və bu istiqamətdə reallaşdırılan təşəbbüslər regional iqtisadi dinamizmi artırmağa yönəlib.

Azərbaycanın özəl sektorunun bu cür beynəlxalq təşəbbüslərdə fəal iştirakı həm ölkənin ixrac imkanlarının genişləndirilməsinə, həm də Cənubi Qafqaz regionunun iqtisadi rolunun möhkəmləndirilməsinə xidmət edir.

Fatimə Şükürova // EDnews

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Hamısı