Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçi vəzifəsindən azad edilib.
"EDnyus" xəbər verir ki, ixtisar ötən ay baş verib.
Belə ki, dekabr ayının 30-u bir qrup şəxs işdən çıxarılıb. Məlumatda ixtisarların səbəbi göstərilməsə də, davam edəcəyinin gözlənildiyi bildirilib.
Həmçinin qeyd edilib ki, işdən çıxarılanlar arasında vəzifəli şəxslər də var.