ABŞ Prezidenti Donald Trampın administrasiyası yeni tələbə vizası müsahibələrini dayandırıb.
“EDnews” xəbər verir ki, bu, müraciət edənlərin sosial şəbəkə hesablarının məcburi yoxlanışı tələbi ilə bağlıdır.
Məlumata görə, Tramp administrasiyası ABŞ-də təhsil almaq üçün müraciət edən bütün beynəlxalq tələbələrdən sosial media yoxlanışından keçməyi tələb etməyi planlaşdırır.
Bildirilir ki, belə bir prosedurun tətbiqi tələbə vizalarının verilməsi prosesini ciddi şəkildə ləngidə bilər.