"Azərbaycan dilinin tədris saatları artırılmalıdır"

Ekspert rəyi 10:52 21.02.2025

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dil hər bir xalqın, hər bir millətin genetik yaddaşıdır. O, nəsillərdən-nəsillərə ötürülən, milli mədəniyyəti və tarixi yaşadan ən mühüm varlıqdır. Buna görə də ana dilinin qorunması və inkişafı istiqamətində mühüm işlər görülməlidir. Milli varlıq və birliyin möhkəmlənməsində dil mühüm rol oynayır, mənəvi və mədəni zənginlik, elmi-texniki inkişaf üçün vacib ünsiyyət vasitəsi kimi çıxış edir. Ana dili hər bir millətin mənəvi sərvəti, onun mədəni kimliyinin güzgüsüdür.

“EDnews” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O bildirib ki, ana dilinin qorunması və inkişaf etdirilməsi xalqın və dövlətin qarşısında duran əsas vəzifələrdən biridir: “Qloballaşma şəraitində hər bir xalq öz ana dilinin qorunmasına xüsusi diqqət yetirməlidir. Çünki qlobal dəyişikliklər, ictimai-siyasi hadisələr, elmi-texniki tərəqqi ilk növbədə dilin lüğət tərkibinə təsir edir. Müasir dövrdə müxtəlif dillərdən alınan sözlər Azərbaycan dilinin lüğət tərkibinə daxil olmaqda davam edir. Bu təsirlərdən ədəbi dili qorumaq və saflığını təmin etmək qarşıda duran mühüm vəzifələrdən biridir. Xüsusilə, televiziya, radio və digər media orqanlarında yayımlanan materiallar ədəbi dil normalarına uyğun olmalıdır. Lakin son illərdə medianın sürətlə inkişafı və internetin geniş yayılması nəticəsində ədəbi dil normalarına riayət edilməsində müəyyən problemlər yaranıb. Bu səbəbdən, müasir dövrdə dilin yad təsirlərdən qorunması və inkişaf etdirilməsi əsas vəzifələrdən biri hesab edilməlidir”.

Sayalı Sadıqova orta və ali təhsil müəssisələrində Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetirilməli olduğunu söyləyib: “Orta məktəblərdə Azərbaycan dili dərsliklərinin yenilənməsi və yenidən nəşr edilməsi mühüm məsələlərdəndir. Həmçinin orta və ali təhsil müəssisələrində Azərbaycan dilinin tədris saatları artırılmalı, qeyri-ixtisas fənləri çərçivəsində də dilin öyrədilməsi genişləndirilməlidir.

Müasir qloballaşma dövründə bir çox dillər yox olmaq təhlükəsi ilə üz-üzədir. Hər bir xalq öz dilini bu təhlükədən qorumaq üçün onu inkişaf etdirməli, gələcək nəsillərə çatdırmalıdır.

Azərbaycan dilində elmi, texniki, iqtisadi və mədəni sahələrə dair terminlərin yaradılması mühüm məsələlərdən biridir. Qloballaşma şəraitində ölkəmizdə aparılan uğurlu islahatlar, elmi inkişafın sürətlənməsi nəticəsində yeni terminlərin meydana çıxması zərurəti yaranır. Hazırda Terminologiya Komissiyasının nəşr etdiyi 185 terminoloji lüğət bu sahədə mühüm addımlardan biridir. Bu lüğətlər Azərbaycan dilinin inkişafını sürətləndirir və alınma sözlərin uyğun qarşılıqlarının yaradılmasına kömək edir.

Qloballaşma dövründə elmi-texniki tərəqqi dilin, xüsusilə onun terminoloji sisteminin zənginləşməsinə təsir edir. Yeni anlayışların meydana gəlməsi nəticəsində terminoloji sistem daim inkişaf edir. Əvvəllər Azərbaycan dilinin lüğət fondu əsasən ərəb, fars və rus dillərindən alınmalarla zənginləşirdisə, müasir dövrdə ingilis dili bu prosesdə əsas mənbə rolunu oynayır. Buna görə də terminlərin formalaşdırılması və standartlaşdırılması məsələsi xüsusi diqqət tələb edir”.

Professor Sayalı Sadıqova terminlərin elmi-texniki kommunikasiya və müxtəlif sahələrdə yeniliklərin ifadə olunması baxımından mühüm əhəmiyyət daşıdığını hesab edir: “Buna görə də milli dillərin terminoloji sistemləri vahid standartlar əsasında formalaşdırılmalıdır. Bu istiqamətdə çoxdilli terminoloji lüğətlərin nəşri xüsusi önəm kəsb edir. Beynəlxalq Türk Akademiyası ilə birlikdə müxtəlif sahələrdə çoxdilli lüğətlərin hazırlanması türk dilləri arasında inteqrasiyanı sürətləndirir və ortaq terminoloji bazanın yaradılmasına töhfə verir.

Bu gün Azərbaycan dili dünya dilləri ilə bir səviyyədə inkişaf etdirilməli və onun imkanları genişləndirilməlidir. Xüsusilə, elektron lüğətlərin hazırlanması və dilin rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulmalıdır. Elektron lüğətlər müxtəlif sahələr üzrə mütəxəssislərin tələbatını ödəmək üçün əhəmiyyətli vasitə hesab olunur. Ana dilimizin qorunması və inkişafı istiqamətində aparılan tədbirlər gələcək nəsillərə dilimizin saflığını və zənginliyini ötürmək baxımından mühüm əhəmiyyət daşıyır”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı