"İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin rəhbəri işçilərini icra prosesinə cəlb edə bilər?

Ekspert rəyi 13:57 21.02.2025

Təhsil sahəsində icra olunan çoxsaylı və fərqli layihələrdən biri də "İcma əsaslı məktəbəqədər təhsil" layihəsidir. Bu layihədə prosesin icrasının həyata keçirilməsi üçün müxtəlif iştirakçılar yer alır. Bəs görəsən, layihənin rəhbəri - məktəbəqədər təhsil müəssisəsinin direktoru qalib gəldikdə, icrası zamanı öz işçilərini prosesə cəlb edib, işlədə bilərmi?

“EDnews” xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, qrant layihəsinə cəlb edilməyən müəllim bu fəaliyyəti icra edə bilməz:

"Hər hansı təşkilatdan qrant ayrılacaq layihənin detalları təklifdə qeyd olunur. Layihə iştirakçılarının siyahısı, görəcəkləri işlər, layihə rəhbərinin kim olacağı (direktor və ya başqası), layihədə iştirak edəcək pedaqoji heyət, digər işçilər və s. bunların hər biri layihənin təklif hissəsində detallı şəkildə yazılmalıdır. Qeyd olunmayan, adı çəkilməyən hər hansı bir şəxs sonradan layihəyə cəlb edilə bilməz, yaxud da adları keçən şəxslərin yerinə başqası işlədilə bilməz. Təklifdə qeyd olunan şəxslərin özləri cəlb edilməlidir, çünki onlara bu fəaliyyət ərzində müəyyən məbləğdə əməkhaqqı verilir. Qrant layihənin məbləğinə uyğun olaraq əməkhaqqı ilə təmin olunur. Bir sözlə, layihənin tərkib forması dəqiqləşməli, bütün iştirakçılar (müəllim, mühasib və s.) barəsində məlumatların hər biri təklifdə öz əksini tapmalıdır".

Ekspertin sözlərinə görə, qeyd olunan layihə məktəbəqədər təhsil müəssisələrində 3-4 yaşlı uşaqların biliyinin artırılması, inkişaf etdirilməsi istiqamətində atılan addımdır:

"İcma əsaslı məktəbəqədər təhsil" layihəsi 2017-2018-ci tədris ilindən başlayaraq potensiallı uşaqlara istər məktəbəqədər təhsil müəssisələrinə, istər ibtidai təhsil müəssisələrinə dəstək formatlı hazırlıq qruplarının formalaşdırılması üçün hazırlanıb. Bu layihənin əsas məqsədlərindən biri məktəbəqədər təhsil müəssisələrində 3-4 yaşlı şagirdlərin biliyinin artırılması, inkişaf etdirilməsi istiqamətində atılan addımdır. Bu, həm də gələcəkdə həmin uşaqların ümumi təhsilinə təsir göstərməyə hesablanıb".

Ekspert bildirib ki, "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi xüsusilə rayon məktəbəqədər təhsil müəssisələrində potensiallı uşaqların üzə çıxarılması istiqamətində məktəbəqədər və ibtidai təhsilə olan müəyyən dəstəkdir:

"Layihə biliyin mənimsənilməsi, gələcəkdə bacarıqlı uşaqların üzə çıxarılması istiqamətində göstərilən təhsil formasıdır. Burada uşaqlara dörd istiqamətdə məşğələlər keçirilir:

1. Sosial, emosional inkişaf;

2. Ümumi dərketmə qabiliyyətinin yoxlanılması;

3. Yaradıcı qabiliyyətin üzə çıxarılması;

4. Fiziki inkişafın təmin edilməsi.

Sözügedən qruplarda həm valideynlərin, həm məktəbəqədər təhsil müəssisəsinin, həm də icma qruplarının birgə fəaliyyəti əsas diqqət mərkəzində olur. Valideynlərin prosesə cəlb olunmasında məqsəd uşaqların müəyyən potensiallara malik olub-olmamasını yoxlamaq xarakteri daşıyır. Məsələn, uşağa araşdırma xarakterli tapşırıq veriləndə onun bunu araşdırmaq istiqamətində üz tutduğu yollara diqqət edilir. Məsələn, bir şəhid barəsində araşdırma aparılarkən, uşaq bildiyi şəhid varsa, onun yaxınlarına, yoxdursa, öz valideyninə müraciət edir. Nə isə öyrənmək üçün cəhd göstərirsə, bu, 3-4 yaşlı bir uşaq üçün böyük addım hesab olunur. Valideynlərlə birgə fəaliyyət məhz bu istiqamətdə ortaya çıxır".

Xatırladaq ki, 2023-2024-cü tədris ilində "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi 55 şəhər və rayonda təşkil edilib, 931 qrupda ümumi 16000 nəfər üç-dörd yaşlı uşağı əhatə edib.

ekspert.webp

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Hamısı