İş qrafiki dəyişsə, tıxaclar aradan qalxacaq? - Ekspertlər Cavab Verdi

Ekspert rəyi 11:28 08.04.2025

Məlum olduğu kimi, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üçün Dövlət Proqramında tıxacların aradan qaldırılması məqsədilə müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bu işlərdən biri də Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə əsasən tənzimlənməsidir. 2025-2026-cı illərdə dövlət və özəl sektorun, eləcə də təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu yanaşma ABŞ, Avropa, Türkiyə və Rusiyada artıq geniş şəkildə tətbiq olunur və Bakıda həyata keçiriləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır.

sahib.jpg

“EDnews” xəbər verir ki,  məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov hesab edir ki, iş saatlarının dəyişdirilməsi üçün hərtərəfli monitorinqlər keçirilməli, iş yerləri təsnifatlaşdırılmalı, işçilərin sayca çox olduğu müəssisələr müəyyənləşdirilməli, bu göstəricilərə uyğun iş rejimi müəyyən olunmalıdır:

 "Bütün bu proseslərdən sonra işəgötürənlərlə razılaşdırılaraq iş rejimi müəyyən edilə bilər. Bu prosesi bəzi iş yerlərində bir saat tez, bəzisində bir saat gec həyata keçirməklə tətbiq etmək mümkündür. Belə olan halda düşünürəm ki, tıxacları tənzimləmək mümkün olacaq".

S.Məmmədovun fikrincə, digər məsələlər də nəzarətə götürülərsə, nəticə daha ürəkaçan olacaq:

"Bu, kompleks tədbirlər çərçivəsində həyata keçirilməlidir ki, effektli olsun. Əsasən, təhsil müəssisələrində mümkün tənzimləmələr olmalıdır. Təhsil müəssisələri ilə bağlı xüsusi konsepsiya var. Hansı ki, bununla bağlı müəyyən işlərin görülməsi nəzərdə tutulub. Amma tıxacı yaradan məktəblərdir. Bəzi məktəblərin qarşısında maşınların saxlanılması və sair kimi məsələlər vəziyyəti daha da çətinləşdirir. O səbəbdən, bu kimi digər məqamlar da nəzarətə götürülməlidir".

Natiq.jpg

İqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, əgər doğru sistem tətbiq olunsa, iş rejiminin dəyişdirilməsi məntiqlidir:

“Dünyada da belə sistem var. Bəzi özəl qurumlar, dövlət qurumları özləri öz işçiləri ilə razılaşaraq yeddi-səkkiz saatlıq iş rejiminə riayət etməklə işə başlama saatlarını dəyişə bilərlər. Məsələn, bəziləri səhər saat 7-də gəlib 4-də gedə bilir, bəziləri 8-də gələrək 5-də gedir. Dünya təcrübəsində belə yanaşmalar kifayət qədər çoxdur. Azərbaycanda bunun hansı formada tətbiq olunacağı, özəl şirkətlərin bu məsələdə maraqlı olması sual yaradır. Dövlət sektorunda asandır, bir əmrlə məsələ həll olunacaq. Amma özəl şirkətlərdə bu, bir az problemli olacaq. Yəqin ki, özəl şirkətlərdə xüsusi təşviq proqramlarına da ehtiyac yaranacaq”.

Ekspert vurğulayıb ki, təkcə iş qrafikinin dəyişdirilməsi ilə problem həll olunmayacaq. Bakı şəhərində nəqliyyat infrastrukturunun köklü şəkildə yenidən qurulması vacibdir. Şəhərin tikintisi və planlaşdırılması müəyyən normalara uyğun aparılmalıdır. Bakı sürətlə böyüyür və bununla bağlı yeni strategiyalar hazırlanmalıdır.

Vüqar.jpg

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, dəyişkən iş rejimi sahibkarlıq sahəsinə ciddi təsir göstərməyəcək.

Yeni rejimdə iş vaxtı qısaldılmır, sadəcə vaxt dəyişir:

“Dəyişkən is qrafiki dövlət tərəfindən müəyyən edilə bilər, amma özəl sektor üçün məcburilik yoxdur. Özəl sektor üçün iş vaxtı ilə bağlı yalnız tövsiyə xarakterli müraciətlər təqdim oluna bilər. Şənbə və bazar günləri xidmət sektoru fəaliyyətini davam etdirir. Hətta dəyişkən qrafik olsa belə, xidmət sektorunda, xüsusən də özəl sektorun xidmətləri davam edir. Bu baxımdan iş vaxtının dəyişməsi sahibkarların fəaliyyətinə xüsusi təsir göstərməyəcək”.

ərşad.jpg

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun dediyinə görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda yer alan məsələlərdən biri də iş qrafikinin dəyişkən rejimdə təşkilidir:

“İş vaxtlarının dəyişdirilməsi tıxaclarla bağlı vəziyyəti yaxşılaşdıra bilər. Bu qayda ağıllı tətbiq olunarsa, faydası ola bilər. Burada əsas hədəf pik saatlarını uzatmaqdır”.

Ə.Hüseynovun sözlərinə görə, pik saatın xüsusiyyəti odur ki, hamı eyni vaxtda işə gəlir və eyni vaxtda işdən qayıdır: “Bu zaman qısa müddətdə, təqribən 1 saat ərzində ictimai nəqliyyat yüklənir, hamı metroya, avtobuslara axışır və onlar bu yükü qaldırmaqda çətinlik çəkir. Bununla yanaşı hamı fərdi avtomobillərlə kütləvi şəkildə yola çıxır və yollar da bu yükü qaldıra bilmir. İş vaxtlarının fərqləndirilməsi pik saatlarını uzada bilər. Bu rejim hər kəs üçün faydalı ola bilər. İnsanları bunun faydalı olduğuna inandırmaq lazımdır”.

eldəniz.jpg

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, eyni saatda yola çıxan nəqliyyat vasitələri yolda sıxlıq yaradır və daha sonra bu sıxlıq tıxaca çevrilir:

“Bizim də bununla bağlı təkliflərimiz var idi. Neçə il idi, cəmiyyətdə də müzakirələr gedirdi ki, bəzi iş yerlərinin iş saatları dəyişdirilsin. Məsələn, hansısa bir idarədə iş səhər saat 8-də başlayırsa, onun saat 4-də bitməsi normal ola bilər. Yaxud da, iş saat 10-da başlayıb saat 6-da bitə bilər. Bu məsələ artıq dövlət proqramında da təsbit olunub. Fikrimcə, bu proses həyata keçiriləcək və əlbəttə ki, bunun şəhərdə və şəhər ətrafı ərazilərdə yaranan sıxlığa müsbət təsiri olacaq. Burada təhsil müəssisələri də ciddi rol oynaya bilər. Onlar fərqli saatlarda işə başlayıb, fərqli saatlarda bitirsə, şəhərdə sıxlıq azalar. İşə müxtəlif saatlarda başlamağın hər hansı iqtisadi zərəri də olmayacaq".

Mənbə: BakuPost.az

Paris Şuşada təslim oldu

Xəbər xətti

"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:07 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
12:58 25.06.2025
Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?
12:35 25.06.2025
Günəşdəki partlayışlar 72 saat ərzində planetdə iqlim cəhənnəmi yarada bilər
12:28 25.06.2025
" İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir"
12:25 25.06.2025
İrlandiyada "ilah kral" mifi təkzib olundu
12:08 25.06.2025
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb
12:02 25.06.2025
Ermənistan höküməti ilə erməni kilsəsi arasında gərginlik səngimir
11:46 25.06.2025
Şahzadə Harri ailəsiylə barışır
11:25 25.06.2025
Britaniya ABŞ-dən F-35A qırıcısı alacaq
11:09 25.06.2025
Daşınmaz əmlak nədir və hansı növləri var?
10:52 25.06.2025
"ABŞ bazasına zərbə Qətərin suverenliyini pozmaq məqsədi daşımırdı"
10:43 25.06.2025
Çin lideri BRİCS sammitində iştirak etməyəcək
10:42 25.06.2025
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
10:38 25.06.2025
Messidən daha bir unikal nəticə -33-cü dəfə...
10:15 25.06.2025
İran məhsulları bahalaşacaq?
10:07 25.06.2025
"İranın nüvə obyektləri məhv edilməyib"
09:27 25.06.2025
Beş ölkə Rusiya ilə sərhəddi minalayacaq
09:16 25.06.2025
İsmayıl Qaaninin ölüm xəbəri təkzib edildi
09:01 25.06.2025
"Azərbaycanı vura bilərik" -Fars ekspertdən sərsəm iddia
08:55 25.06.2025
Azərbaycan Məktəblərində Çin dilinin tədris oluna bilər
08:40 25.06.2025
"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
Hamısı